"Naxçıvan Məhsulları" publik hüquqi şəxsin yaradılması və muxtar respublikada ərzaq məhsullarının istehsalı, tədarükü və təchizatı işinin tənzimlənməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyində olan "Naxçıvan Məhsulları" Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında "Naxçıvan Məhsulları" publik hüquqi şəxs yaradılsın. 2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti: 2.1. bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin nizamnaməsini, işçilərinin say həddini və strukturunu təsdiq etsin; 2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif TALIBOV Naxçıvan şəhəri, 19 aprel 2019-cu il 20.04.2019
|