11:45 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Preventiv qrupun üzvləri tərəfindən başçəkmələr davam etdirilir.
 
Müvəkkilin preventiv mexanizm funksiyasının icrası ilə əlaqədar olaraq cari ilin aprel ayı ərzində Müvəkkilin Preventiv qrupu tərəfindən saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə başçəkmələr həyata keçirilmişdir.
Bu fəaliyyət çərçivəsində Müvəkkilin Preventiv qrupun üzvləri tərəfindən növbəti başçəkmələr əvvəlcədən xəbərdarlıq edilmədən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Sədərək, Kəngərli, Şərur rayon polis şöbələrində və Dəmiryol Nəqliyyatında Polis Şöbəsinin Şərur Dəmiryol Nəqliyyatında polis bölməsində, Şərur rayon Polis Şöbəsinin İbadulla polis bölməsində, həmçinin, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində həyata keçirilmişdir.
"Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanunu və Birləşmiş Millətlər Təşkilatının "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu əsasında təşkil edilmiş başçəkmələr zamanı saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərdə saxlanma şəraiti və rəftar məsələləri araşdırılmış, bütün kameralara baxış keçirilmiş, qidalanma, tibbi yardım, gəzinti, görüş, telefon danışıqları ilə bağlı sənədlər yoxlanılmış, həmin şəxslərin beynəlxalq və milli qanunvericiliyə uyğun şəkildə hüquqlarının təmin olunması vəziyyəti öyrənilmişdir.
Başçəkmələr zamanı Preventiv qrup tərəfindən pozuntu halları aşkar edilməmişdir.
 
24.04.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).