17:38 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası diqqət mərkəzindədir.
 
Aprelin 25-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
 
 
Həyata keçirilmiş tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşları Vahidə Bayramova, İsa Əliyev, Səhiyyə Nazirliyinin əməkdaşı Səbuhi İbrahimov və Mərkəzin işçi heyəti iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Səbuhi İbrahimov açaraq açaraq tibb işçilərinin hüquqi maarifləndirilməsində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) rolundan danışmışdır.
Sonra Vahidə Bayramova istər sağlam, istərsə də sağlamlıq imkanları məhdud uşaqların bərabər təhsil alma hüquqlarının təmin edilməsi barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, xüsusi təhsilin əsas məqsədi sağlamlıq imkanları məhdud şəxslərə həyat üçün zəruri olan bilik, bacarıq və vərdişlər aşılamaq, cəmiyyətə qovuşmalarını təmin etmək, özünə xidmət bacarıqlarını formalaşdırmaq, yaradıcı əmək fəaliyyətinə və ailə həyatına hazırlamaqdan ibarətdir.
V.Bayramova bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı"nın icrası bu kateqoriyadan olan uşaqların təhsilə cəlbinin davamlılığını təmin etməklə yanaşı, onların inklüziv və distant təhsil imkanlarının genişlənməsinə və cəmiyyətə inteqrasiyasına da əlverişli şərait yaratmışdır.
Məruzəçi qeyd etmişdir ki, "2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı"nın qəbul olunmasında əsas məqsəd sağlamlıq imkanları məhdud uşaqların təhsil hüquqlarının təmin olunması, inklüziv təhsilə keçid imkanlarının artırılması, məsafədən (distant) təhsilin əhatə dairəsinin genişləndirilməsi, sosial reabilitasiyasında müasir üsulların tətbiq edilməsi, müasir informasiya texnologiya-larından istifadə imkanlarının artırılması və sağlamlıq imkanları məhdud uşaqların təhsili ilə bağlı müvafiq pedaqoji kadrların hazırlanmasından ibarətdir.
Ombudsmanın əməkdaşı vurğulamışdır ki, Proqramın icrası istiqamətində həyata keçirilən hər bir tədbir sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasına müsbət təsir göstərəcək, onların təhsilə cəlbinin davamlılığını təmin edəcək, inklüziv və məsafədən (distant) təhsil imkanlarını davamlı artıracaqdır. 
Daha sonra məruzəçi mövcud dövlət proqramı barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılmışdır.
 
      25.04.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).