16:27 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Sərhəd zastavalarında keçirilən hüquqi maarifləndirmə tədbirləri davam etdirilir.
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının birgə təşki¬latçılığı ilə N saylı sərhəd zastavalarında hüquqi maarifləndirmə tədbirləri keçirilmişdir.
Tədbirlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Mətin Quluzadə, "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının əməkdaşı Tural Xudaverdiyev və N saylı zastavaların çavuş və əsgər heyəti iştirak etmişdir.
 
 

Tədbiri giriş sözü ilə "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının əməkdaşı Tural Xudaverdiyev açaraq Ombudsman təsisatı ilə birgə hüquqi marifləndirmə tədbirlərinin həyata keçirilməsinin hərbi qulluqçuların hüquqi biliklərinin artırılmasında, o cümlədən, onların hüquq və vəzifələrinin daha dərindən öyrənilməsində mühüm rol oynadığını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Daha sonra Ombudsman aparatının əməkdaşı Mətin Quluzadə çıxış edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331-ci maddəsinin tələbləri barədə tədbir iştirakçılarına məlumat vermişdir. Qeyd olunmuşdur ki, bütün hərbi qulluqçular rütbələrindən və vəzifələrindən asılı olmayaraq qanun qarşısında bərabərdilər və onlar ictimai təsir tədbirlərinə, intizam məsuliyyətinə, mülki hüquqi məsuliyyətə, maddi məsuliyyətə, o cümlədən cinayət məsuliyyətinə cəlb edilə bilərlər. 
M.Quluzadə diqqətə çatdırmışdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331-ci maddəsinə əsasən hərbi xidmət üzrə vəzifələrin yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar bir hərbi qulluqçunun digərini təhqir etməsi altı ayadək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya eyni müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası, rəisin öz tabeliyində olan şəxsi, tabelikdə olan şəxsin öz rəisini təhqir etməsi bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası, habelə, rəisin öz tabeliyində olan şəxsi döyməsi və ya ona işgəncə verməsi üç ildən yeddi ilədək müddətə azadlıqdam məhrum etmə cəzası ilə cəzalandırılır.
Məruzəçi "Hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə verməyə görə cinayət məsuliyyətinin əsasları" barədə ətraflı məlumat verərək qeyd etmişdir ki, qeyd olunan maddədə nəzərdə tutulmuş əməllərin törədilməsi hərbi xidmətin nizamnamə qaydalarını kobud surətdə pozur, hərbi qulluqçuların şərəf və ləyaqətinə, habelə sağlamlığına açıq-aşkar surətdə qəsd edir. İstər komandirlərin (rəislərin), istərsə də tabelikdə olan hərbi qulluqçuların şərəf və ləyaqətinə hörmət edilməsi, hüquqauyğun davranış normalarına və eləcə də əxlaq qaydalarına qarşılıqlı surətdə əməl olunması haqqında hərbi nizamnamələrin tələblərinin yerinə yetirilməməsi qoşun hissələrində (gəmilərdə) nizam-intizamın aşağı düşməsinə səbəb olur, şəxsi heyətdə normal qarşılıqlı münasibətlərin inkişafına zərər vurur. 
Sonra "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının N saylı digər sərhəd zastavalarında da hüquqi maarifləndirmə tədbirləri həyata keçirilmişdir. Tədbirlərdə Ombudsmanın əməkdaşı Mətin Quluzadə Hərbi qulluqçuların müraciət etmək hüququ və Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikası Qanununun tələbləri barədə danışmışdır. 
Mətin Quluzadə qeyd etmişdir ki, Azərbaycan Respublikası Konistitusiyasının 57-ci maddəsinə əsasən Azərbaycan respublikasının vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir.
Məruzəçi əlavə etmişdir ki, Konistitusiyamızın 57-ci maddəsində nəzərdə tutulmuş bu hüquqlar hərbi qulluqçulara da şamil olunur. Belə ki, "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə daxil olduğu gündən etibarən ən geci 15 iş günü ərzində baxılır. 
Qeyd olunmuşdur ki, "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən hərbi qulluqçuların xidmətlə əlaqədar bilavasitə rəislərinə və ya böyük rəislərinə müraciət etmə və onlara baxılması qaydası Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi və İntizam Nizamnaməsi ilə tənzimlənir.
Daha sonra məruzəçi mövzularla bağlı mövcud qanunvericiliyin tələblərini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılmışdır.
 
        29.04.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).