14:38 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Badamlı qəsəbə avtomobil yolu yenidən qurulur.
 
Müasir yol infrastrukturunun yaradılması muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatların tərkib hissəsidir. Çünki rahat və abad yol dayanıqlı iqtisadi inkişafı təmin edir. Görülən işlərin davamı olaraq bu il Badamlı qəsəbə avtomobil yolu əsaslı şəkildə yenidən qurulur.
Aprelin 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolda aparılan yenidənqurma tədbirləri ilə tanış olmuşdur.
 
 
Məlumat verilmişdir ki, Badamlı qəsəbə avtomobil yolunun uzunluğu 5,4 kilometrdir. Yol yatağı genişləndirilərək 10 metrə çatdırılmış, piyadaların və avtomobillərin təhlükəsiz və rahat hərəkəti təmin edilmişdir. Yolun üzərindəki iki körpü əsaslı şəkildə yenidən qurulmuş, 12 selötürücü tikilmişdir. Körpülərin ətrafında yuyulmanın qarşısının alınması məqsədilə istinad divarları tikilmişdir. Həmçinin yağış sularının axıdılması üçün yol kənarlarında beton kanal çəkilmiş, qaz xətlərinin yeri dəyişdirilmişdir.
Ali Məclisin Sədri hava şəraitinə uyğun olaraq asfalt işlərinə başlanılması və keyfiyyətə diqqət yetirilməsi barədə tapşırıqlar vermişdir.
 
   29.04.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).