20:16 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



Xəbərlər

"Badamlı" suyunun istehsalı artırılır.
 
Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın hərtərəfli inkişafı təbii sərvətlərimizdən səmərəli istifadəyə imkan verir. Artıq muxtar respublika ölkəmizin əsas mineral su istehsalçısına çevrilmişdir. "Badamlı" mineral suyu da bu gün geniş ixrac imkanlarına malikdir. Təlabatın artmasının nəticəsidir ki, hazırda Şahbuz rayonunun Badamlı qəsəbəsində yeni zavod inşa olunur.
Aprelin 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov "Badamlı" mineral sular zavodunun inşası ilə maraqlanmışdır.
 
 
Bildirilmişdir ki, zavodun ümumi sahəsi 10 min 590 kvadratmetrdir. Zavod xammal anbarı, istehsal sahəsi və hazır məhsul anbarından ibarət olacaqdır. Əsas tikinti işləri başa çatdırılmış, Fransa istehsalı olan avadanlıqlar alınıb gətirilmişdir. Müəssisədə qazlı və qazsız olmaqla müxtəlif ölçülü qablaşdırmada "Badamlı" suyu istehsal ediləcəkdir. İstehsal prossesi tam avtomatlaşdırılmış şəraitdə və standartların tələblərinə uyğun həyata keçiriləcəkdir. Həmçinin zavodda müasir avadanlıqlarla təmin olunmuş laboratoriyalar istifadəyə veriləcək, istehsal olunmuş məhsulların keyfiyyətinə tam nəzarət ediləcəkdir.
2 mərtəbəli inzibati binada işçilərin rahatlığı nəzərə alınacaq, iş və texniki otaqlar istifadəyə veriləcəkdir.
Ali Məclisin Sədri istehsal sahəsində avadanlıqların quraşdırılması, zavodun ərazisində, eləcə də Badamlı qəsəbəsində abadlıq işlərinin aparılması barədə tapşırıqlar vermişdir.
 
         29.04.2019















      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).