9:57 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvanda təbiətə qayğı göstərilir.
 
Ümummilli liderimiz Heydər Əliyev demişdir: "İnsan təbiətdən öyrənir, onun havası ilə pərvəriş tapır, zənginləşir".
Bu gün muxtar respublikamızda təbiətə qayğı əsas məsələlər sırasındadır. Həyata keçirilən ekoloji siyasətin məqsədi də təbiəti zənginləşdirməkdən ibarətdir. Hər il yeni yaşıllıq zolaqları və meyvə bağları salınır. Görülən işlərin nəticəsidir ki, artıq muxtar respublika ərazisinin 20 faizə yaxını yaşıllıqlardan ibarətdir.
Aprelin 27-də muxtar respublikada növbəti iməcilik keçirilmişdir.
 
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin və "Gəmiqaya" Holdinq Şirkətlər İttifaqının kollektivləri Uzunoba Su Anbarının kənarında terras üsulu ilə salınmış yaşıllıq zolağında keçirilən yaşıllaşdırma tədbirində 21 hektar meyvə bağının sahəsini genişləndirmiş, 2 hektar sahədə yeni tinglər əkmişlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yaşıllaşdırma tədbirində iştirak etmişdir.
Həmin gün muxtar respublikada keçirilən iməciliklərdə 21 mindən artıq sakin iştirak etmiş, 6000-ə yaxın ting əkilmiş, meyvə bağlarına qulluq göstərilmişdir. 
 
    29.04.2019















      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).