"Şərq qapısı" qəzetində növbəti hüquqi maarifləndirici yazı dərc olunub. Sual : Hansı hallarda informasiya sorğusunun icrasından imtina edilir? Cavab: "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən informasiya sahibi aşağıdakı hallarda sorğunun icrasından imtina edir: - sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduqda, yaxud sorğuçunun bu informasiyanı əldə etməyə səlahiyyəti çatmadıqda və ya bu Qanunla tələb edildiyi hallarda, sorğuçu şəxsiyyətini təsdiq edən sənəd təqdim etmədikdə; - informasiya sahibi sorğulanan informasiyaya malik olmadıqda və yaxud həmin informasiyanın sahibini müəyyənləşdirməkdə çətinlik çəkdikdə; - sorğuçunun hansı informasiyanı əldə etmək istədiyini aydınlaşdırmaq mümkün olmadıqda. İnformasiya sorğusunun təmin edilməsindən imtina barədə cavab Azərbaycan Respublikası qanunvericiliyinin müvafiq maddələri də göstərilməklə, aydın və əsaslandırılmış şəkildə tərtib edilməlidir. 03.05.2019
|