11:31 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

"Oğuz yurdu" qəzetində növbəti hüquqi maarifləndirici yazı dərc olunub.
 
Sual: Ailə kəndli təsərrüfatının əmək fəaliyyətini və əmək stajını təsdiq edən sənəd hansıdır və hansı qaydada verilir?
Cavab: Bələdiyyələr tərəfindən ailə kəndli təsərrüfatı üzvünə verilən vəsiqə onun statusunu, əmək fəaliyyətini və əmək stajını təsdiq edən sənəddir.
Ailə kəndli təsərrüfatı üzvlərinin vəsiqələri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanır, nömrələnir və müvafiq ərazilər üzrə bələdiyyələrə çatdırılır.
Vəsiqə ailə kəndli təsərrüfatı üzvünə ailə kəndli təsərrüfatı müvafiq ərazilər üzrə bələdiyyədə uçota alındıqdan sonra 5 gün müddətində verilir.
Ailə kəndli təsərrüfatının başçısı ailə kəndli təsərrüfatı üzvlərinin vəsiqələrini (və ya vəsiqələrin dublikatını) almaq üçün onların şəxsiyyətini təsdiq edən sənədləri müvafiq ərazilər üzrə bələdiyyəyə təqdim etməlidir.
 
  08.05.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).