10:29 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

"Yeni həyat" qəzetində növbəti hüquqi maarifləndirici yazı dərc olunub.
 
Sual : Daşınmaz əmlaka mülkiyyət hüququ necə əldə edilə bilər?
Cavab: Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsinin başlıca olaraq iki növü fərqləndirilir. Bunlardan birincisi mövcud olan daşınmaz əmlaka, ikincisi isə yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsidir.
Mövcud olan daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Daşınmaz əmlak mülkiyyətçi tərəfindən kiminsə mülkiyyətinə faktiki olaraq verilmiş olsa belə əmlakın verilməsi dövlət reyestrindən qeydiyyatdan keçirilməzsə, onu əldə edəndə mülkiyyət hüququ yaranmır. Çunki Mülki Məcəllə ilə müəyyən edilmişdir ki, daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsi mütləq dövlət qeydiyyatına alınmalıdır.
Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ yalnız onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Bütün qaydalara əməl etməklə tikilmiş binaya daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirməzlərsə, mülkiyyət hüququ yaranmır.
 
13.05.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).