1:00 AZ | RUS | ENG

.
               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



Xəbərlər

Müstəqillik dövründə Naxçıvanda muxtar dövlət quruculuğu prinsipləri və idarəetmə modeli. 
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin birgə tədbirlər planına uyğun olaraq mayın 17-də Psixi Xəstəliklər Dispanserində hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
 
 
Həyata keçirilmiş tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşları Vahidə Bayramova, Sadiq Babayev, Səhiyyə Nazirliyinin əməkdaşı Səbuhi İbrahimov, Psixi Xəstəliklər Dispanserinin baş həkimi Rəşadət Nabatov və Dispanserin işçi heyəti iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Səhiyyə Nazirliyinin əməkdaşı Səbuhi İbrahimov açaraq qeyd etmişdir ki, tibb işçilərinin hüquqi maarifləndirilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili ilə birgə davamlı olaraq hüquqi maarifləndirmə tədbirləri həyata keçirilir və bu tədbirlər onların maariflənməsində mühüm rol oynayır.
Sonra tədbirdə Ombudsmanın əməkdaşı Vahidə Bayramova müstəqillik dövründə Naxçıvanın muxtar dövlət quruculuğu prinsipləri və idarəetmə modelinin əsasları barədə çıxış edərək qeyd etmişdir ki, Naxçıvanın muxtariyyət statusunun əsası Moskva müqaviləsi ilə qoyulmuş, Qars müqaviləsi ilə bu status daha da möhkəmləndirilmiş və ərazisi, sərhədləri dəqiqləşdirilmişdir.
Vurğulanmışdır ki, XX əsrin 90-cı illəri və XXI əsrin əvvəllərində Naxçıvanın təhlükəsizliyinin təmin olunması, muxtariyyət statusunun möhkəmləndirilməsi, milli dövlətçilik ənənələrinin bərpası və inkişafı, dövlətçilik istiqamətində yeni tarixi qərarların qəbul edilməsi Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətlə bağlıdır. Ümummilli liderin Naxçıvana gəlişi və burada fəal siyasətə başlaması xalqın gələcəyə olan ümidini özünə qaytarmış, Naxçıvanı Azərbaycanın ərazi bütövlüyü və istiqlaliyyəti uğrunda apardığı mübarizənin mərkəzinə çevirmişdir.
1995-ci ilin 12 noyabrında Azərbaycan və Naxçıvan parlamentlərinə ilk demokratik seçkilərin keçirildiyini, müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edildiyini diqqətə çatdıran Ombudsmanın əməkdaşı bildirmişdir ki, ölkə konstitusiyasının 134-cü maddəsində Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının tərkibində muxtar dövlət olması və Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olması məsələsi öz əksini tapmışdır.
Diqqətə çatdırılmışdır ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və ölkə prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilən iqtisadi inkişaf strategiyası və quruculuq xətti bu gün muxtar respublikamızda Ali Məclisin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə uğurla davam etdirilir. 
Qeyd olunmuşdur ki, ötən müddət ərzində muxtar respublika rəhbərliyi tərəfindən aparılan məqsədyönlü siyasət nəticəsində Naxçıvan siyasi, sosial-iqtisadi və elmi-mədəni inkişafın yeni mərhələsinə qədəm qoymuş, muxtar respublikada dünyəvi, demokratik, hüquqi muxtar dövlət quruculuğu prosesi gücləndirilmiş, sosial-iqtisadi həyatın bütün sferalarında, o cümlədən insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində mühüm normativ-hüquqi aktlar və dövlət proqramları qəbul edilmişdir. 
Məruzəçi əlavə etmişdir ki, muxtar respublika rəhbəri tərəfindən yürüdülən uğurlu dövlət quruculuğu siyasəti nəticəsində Naxçıvan Muxtar Respublikasında formalaşmış, özünəməxsus əlamətləri ilə seçilən muxtar dövlət quruculuğu prinsipləri və idarəetmə modeli Venesiya Komissiyası tərəfindən beynəlxalq təcrübədə nümunəvi model kimi qiymətləndirilmiş, digər muxtariyyətlərə nümunə kimi göstərilmişdir.
Daha sonra mövzu ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verilmişdir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılmışdır.
 
    17.05.2019













Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).