22:59 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvan şəhər polis idarəsində hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
 
Mayın 30-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin birgə birgə təşkilatçılığı ilə Naxçıvan şəhər polis idarəsində hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
 
 
Həyata keçirilmiş tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Mətin Quluzadə, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Yulət Əliyev və Naxçıvan şəhər polis idarəsinin zabit və sıravi rəis heyəti iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Yulət Əliyev açaraq qeyd etmişdir ki, Ombudsman təsisatı ilə birgə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq bugünədək müxtəlif mövzularda bir sıra tədbirlər həyata keçirilmiş, bu kimi tədbirlər polis əməkdaşlarının hüquqi maarifləndirilməsində əvəzsiz rol oynamışdır. 
Sonra tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Mətin Quluzadə müstəqillik dövründə Naxçıvanın muxtar dövlət quruculuğu prinsipləri və idarəetmə modelinin əsasları barədə çıxış edərək qeyd etmişdir ki, Naxçıvanın muxtariyyət statusunun əsası Moskva müqaviləsi ilə qoyulmuş, Qars müqaviləsi ilə bu status daha da möhkəmləndirilmiş və ərazisi, sərhədləri dəqiqləşdirilmişdir.
Vurğulanmışdır ki, XX əsrin 90-cı illəri və XXI əsrin əvvəllərində Naxçıvanın təhlükəsizliyinin təmin olunması, muxtariyyət statusunun möhkəmləndirilməsi, milli dövlətçilik ənənələrinin bərpası və inkişafı, dövlətçilik istiqamətində yeni tarixi qərarların qəbul edilməsi Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətlə bağlıdır. Ümummilli liderin Naxçıvana gəlişi və burada fəal siyasətə başlaması xalqın gələcəyə olan ümidini özünə qaytarmış, Naxçıvanı Azərbaycanın ərazi bütövlüyü və istiqlaliyyəti uğrunda apardığı mübarizənin mərkəzinə çevirmişdir.
1995-ci ilin 12 noyabrında Azərbaycan və Naxçıvan parlamentlərinə ilk demokratik seçkilərin keçirildiyini, müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edildiyini diqqətə çatdıran Ombudsmanın əməkdaşı bildirmişdir ki, ölkə konstitusiyasının 134-cü maddəsində Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının tərkibində muxtar dövlət olması və Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olması məsələsi öz əksini tapmışdır.
Diqqətə çatdırılmışdır ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və ölkə prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilən iqtisadi inkişaf strategiyası və quruculuq xətti bu gün muxtar respublikamızda Ali Məclisin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə uğurla davam etdirilir. 
Qeyd olunmuşdur ki, ötən müddət ərzində muxtar respublika rəhbərliyi tərəfindən aparılan məqsədyönlü siyasət nəticəsində Naxçıvan siyasi, sosial-iqtisadi və elmi-mədəni inkişafın yeni mərhələsinə qədəm qoymuş, muxtar respublikada dünyəvi, demokratik, hüquqi muxtar dövlət quruculuğu prosesi gücləndirilmiş, sosial-iqtisadi həyatın bütün sferalarında, o cümlədən insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində mühüm normativ-hüquqi aktlar və dövlət proqramları qəbul edilmişdir. 
Daha sonra məruzəçi mövzu ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılmışdır.
 
     30.05.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).