12:43 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Ombudsman təsisatında "Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında" adlı kitabın müzakirəsi keçirilib.
 
Xalqın və millətin inkişafı gənc nəsilin intellekt səviyyəsindən, bilik və bacarığından, vətənə layiq əsl vətənpərvər kimi yetişməsindən asılıdır. Hər bir ölkənin tərəqqisi onun iqtisadi potensialı ilə yanaşı, intellekt inkişafı ilə sıx bağlıdır. 
Bugün kitabların oxunmasının zəruriliyinin dövlət səviyyəsində təbliği və təşviq olunması yüksək əhəmiyyətə malikdir. Buna görə də gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən 28 avqust 2017-ci il tarixdə"Oxunması zəruri olan kitablar haqqında" Sərəncam imzalanmışdır. 
 
"Tarixin müxtəlif dövrlərində bəzən elə şəxsiyyətlər yetişir ki, onlar zamanın qlobal proseslərinə təsir göstərir, təmsil etdikləri millətin taleyini dəyişdirir, qüdrətli dövlət yaratmaqla hər sahədə cəmiyyətin inkişafına təkan verirlər. Belə dahi şəxsiyyətlərdən biri də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevdir. Ulu Öndərin 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti bütün azərbaycanlılar üçün əhəmiyyət kəsb edən tarixi, siyasi-ideoloji məqamları əhatə edir. Bu mənada həmin müraciətdəki mühüm məqamlarla tanış olmaq, öyrənmək hər birimiz üçün vacibdir".
Bu fikirlər Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatında "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti" adlı kitabın müzakirəsi ilə bağlı keçirilmiş seminarda səsləndirilmişdir.
Seminarda Müvəkkil aparatının əməkdaşı İsa Əliyev qeyd etmişdir ki, bu müraciətdə milli tariximizin bütün dövr və mərhələlərinə yüksək peşəkarlıqla qiymət verilmiş, geridə qalan əsrlərdə baş vermiş ictimai-siyasi proseslər barədə obyektiv mülahizələr səsləndirilmiş və gələcək inkişaf yolları müəyyənləşdirilmişdir.
Qeyd olunmuşdur ki, Ulu öndər Azərbaycan xalqının yüz ildən sonra, gələcək əsrləri əhatə edən elə bir inkişafına və intibahına zəmin yaratmaq istəyirdi ki, həmin dövrlərdə yaşayacaq nəsillər üçün heç bir problem qalmasın. Bu böyük arzunun reallaşdırılması üçün yalnız və yalnız bugünkü müstəqil Azərbaycan dövlətini qüdrətləndirmək lazım idi. Elə bu müraciət də məhz həmin arzudan, istəkdən qaynaqlanırdı. 
Ümummilli liderimiz Heydər Əliyev "Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında" adlı müraciətində deyirdi: "Müstəqil dövlətimiz üçün taleyüklü məsələlərin həyata keçirilməsi tariximizin bir çox qaranlıq səhifələrini açmaqla kimliyimizi tam müəyyən etməyi, milli kökləri ilə bağlı yeni təfəkkürlü gənc nəsil yetişdirilməsini zəruri edir. Keçid dövrünün çətinliklərinə, ağır proseslərinə baxmayaraq, biz öz tarixi keçmişimizin çox dəyərli səhifələrini qısa bir müddətdə aça bilmiş və xalqa göstərməyə nail olmuşuq".
Seminarın sonunda fikir mübadiləsi aparılmışdır.
Əlavə olaraq qeyd etmək lazımdır ki, Sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı cari il ərzində Ombudsman təsisatının kitabxanasında oxunması zəruri olan kitablardan ibarət guşə yaradılmış, oxunması zəruri olan kitabların hər biri ayrı-ayrılıqda müzakirə edilmişdir.
  
       10.06.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).