"Oğuz yurdu" qəzetində növbəti hüquqi maarifləndirici yazı dərc olunub. Sual: Qəyyumluqda (himayədə) olan uşaqların hansı hüquqları vardır? Cavab: Azərbaycan Respublikasının mülki qanunvericiliyində nəzərdə tutulan hallar istisna olmaqla, qəyyumluqda(himayədə) olan uşaqlar, aşağıdakı hüquqlara malikdirlər: •qəyyumun (himayəçinin) ailəsində tərbiyə almaq, onlardan qayğı almaq, qəyyum (himayəçi) ilə birlikdə yaşamaq; •onların saxlanması, tərbiyəsi, təhsili, hərtərəfli inkişafı və insan ləyaqətinə hörmət edilməsi üçün şəraitlə təmin olunmaq; •onlara düşən pensiya, müavinət, aliment və s. sosial ödənişləri almaq; •yaşadıqları ev (mənzil) üzərində mülkiyyət hüququnu və ya ondan istifadə etmək hüququnu saxlamaq, ev (mənzil) olmazsa, mənzil qanunvericiliyinə uyğun mənzil almaq; •qəyyumun (himayəçinin) sui-istifadə hərəkətlərindən müdafiə olunmaq; •ailə qanunvericiliyinin müvafiq maddələrində nəzərdə tutulmuş ünsiyyətdə olmaq və öz fikirini bildirmək hüquqlarından istifadə etmək. 24.06.2019
|