15:15 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

"Şərqin səhəri" qəzetində növbəti hüquqi maarifləndirici yazı dərc olunub.
 
Sual: Hansı hallarda əmək müqaviləsi sınaq müddəti müəyyən edilməklə bağlanılır?
Cavab: Sınaq müddətini müəyyən etməkdə əmək qanunvericiliyinin əsas məqsədi işçinin peşəkarlıq səviyyəsinin, müvafiq əmək funksiyasını icra etmək bacarığının yoxlanılmasından ibarətdir.
Sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir.
Sınaq müddəti işçinin faktiki olaraq əmək funksiyasını icra etdiyi iş vaxtından ibarətdir. İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə iş yeri və orta əmək haqqı saxlanılmaqla işdə olmadığı dövrlər sınaq müddətinə daxil edilmir.
Sınaq müddəti göstərilməyən əmək müqaviləsi sınaq müəyyən edilmədən bağlanmış hesab olunur.
Qeyd etmək lazımdır ki, dövlət qulluğuna qəbul zamanı sınaq müddəti ilə bağlı məsələlər isə "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. 
Belə ki, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən dövlət orqanının rəhbəri müsabiqədən müvəffəqiyyətlə keçərək təqdim olunmuş namizədlərdən birini seçərək, altı ay müddətinə stajçı kimi qulluğa qəbul etməli və vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir. Staj müddəti qurtardıqdan sonra stajçının sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilməsinin məqsədəuyğun olub-olmadığı barədə tövsiyə müsbət olarsa, stajçı əmək müqaviləsi bağlamaq yolu ilə üç ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilir. 
 
 27.06.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).