20:47 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Cari ilin iyun ayında da başçəkmələr davam etdirilmişdir.
 
Müvəkkilin Preventiv mexanizm funksiyalarının icrası ilə əlaqədar preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu və saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə əvvəlcədən xəbərdarlıq edilmədən həyata keçirilən başçəkmələr iyun ayı ərzində də davam etdirilmişdir.
Müvəkkilin Preventiv qrupu tərəfindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsində, Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli polis bölməsində, Babək Rayon Polis Şöbəsində, Naxçıvan Dəmiryol Nəqliyyatında Polis Şöbəsində, həmçinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 8 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində, o cümlədən, Qarışıq rejimli cəzaçəkmə müəssisəsinin Qadınlar bölməsində, habelə, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserində əvvəlcədən xəbərdarlıq edilmədən başçəkmələr həyata keçirilmişdir.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmələr zamanı qeyd edilən müəssisələrdə hüquqi maarifləndirici söhbətlər aparılmış, saxlanma şəraiti və rəftar məsələləri araşdırılmış, bütün kameralara baxış keçirilmiş, qidalanma, tibbi yardım, gəzinti, görüş, telefon danışıqları ilə bağlı sənədlər yoxlanılmış, saxlanılan şəxslərin beynəlxalq və milli qanunvericiliyə uyğun şəkildə hüquqlarının təmin olunması vəziyyəti öyrənilmişdir.
Başçəkmələr zamanı Preventiv qrup tərəfindən pozuntu halları aşkar edilməmişdir.
 
29.06.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).