2:44 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Ulu öndər Heydər Əliyev siyasi xəttinin bəhrəsi - müasir Sədərək.
 
Heydərabad qəsəbəsində yeni yaşayış binası istifadəyə verilmişdir
 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sədərək rayonuna səfəri zamanı demişdir: "Biz güclü dövlət qururuq. Bu dövlətin təməlini ulu öndər Heydər Əliyev qoymuşdur. Onun zəhməti, yorulmaz fəaliyyəti, müdrik siyasəti nəticəsində bu gün Azərbaycan böyük zirvələri fəth etməyə nail olub".
Sədərək rayonunun yaranması və inkişafı da ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər ölkəmizə birinci rəhbərliyi dövründən başlayaraq sərhəd yaşayış məntəqəsinin inkişafını diqqətdə saxlamış, 1990-1993-cü illərdə isə Sədərək işğaldan qorunmuşdur. Milli Qurtuluşdan başlanan yol müstəqillik illərində rayonu müasir yaşayış məntəqəsinə çevirmişdir. Bu gün Heydər Əliyev siyasi xəttinə sədaqət Sədərək rayonunda davamlı inkişafı təmin etmiş, Heydərabad qəsəbəsində və kəndlərdə quruculuq işlərinin miqyası genişlənmiş, məskunlaşma artmışdır. 
İyulun 2-də - ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin 50 illiyi ərəfəsində Sədərək rayonunun Heydərabad qəsəbəsində yeni yaşayış binası istifadəyə verilmişdir. 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir. 
 
 
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov muxtar respublikada əhalinin rahat yaşayışı, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan işlərin tərkib hissəsi olaraq Heydərabad qəsəbəsində yeni yaşayış binasının inşa olunduğunu bildirmiş, tikinti işlərinin yüksək keyfiyyətlə başa çatdırıldığını qeyd etmişdir. Rayonda aparılan quruculuq işləri haqqında məlumat verən Hicran Rüstəmov bundan sonra da tapşırıqların icrası üçün səylə çalışacaqlarını qeyd etmiş, inşaatçılar adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Sədərək rayonunda yeni yaşayış binasının istifadəyə verilməsi münasibətilə sakinləri təbrik etmiş, binanın tikintisində əməyi olanlara təşəkkürünü bildirərək demişdir: İyulun 14-də ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 50 ili tamam olur. Ulu öndərin ölkəmizə birinci rəhbərliyi dövrünün nəticəsi olaraq Azərbaycan müstəqil dövlətə çevrildi. Müstəqilliyin ilk illərində Azərbaycanın ümummilli liderimizin siyasi xəttindən uzaqlaşması faicələrə səbəb oldu. Ulu öndərin xalqın tələbi ilə yenidən ökəmizdə siyasi hakimiyyətə qayıdışından sonra isə bütün sahələrdə inkişaf təmin edildi, müstəqilliyimiz qorundu, Azərbaycan güclü və qüdrətli dövlətə çevrildi. Bu gün ölkə Prezidenti ümummilli liderimizin siyasi xəttini uğurla davam etdirir. Nəticə isə ondan ibarətdir ki, işğalçı ölkə ilə sərhəddə yerləşən Sədərək rayonunda hər cür şəraiti olan 48 mənzilli yeni yaşayış binası istifadəyə verilir. Bu ölkəmizin inkişafının, dövlətin vətəndaşlara qayğısının, ən əsası isə dövlət-xalq birliyinin göstəricisidir. 
Qeyd olunmuşdur ki, yeni yaşayış binasının ilk sakinləri də dövlət qarşısında xidməti borclarını layiqincə yerinə yetirmiş vətəndaşlardır. Həmin şəxslərin mənzillərlə təmin olunması həm də dövlətin bu kateqoriyadan olan insanlara qayğısının təzahürüdür. Çünki ölkəmizdə sosial sahənin inkişafı daim diqqətdə saxlanılır. Azərbaycanın azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş, sağlamlığını itirmiş şəxslər hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Dövlətçilik yolunda öz xidməti borclarını layiqincə yerinə yetirmiş şəxslərə göstərilən qayğı, eyni zamanda digər vətəndaşlar üçün də nümunədir. 
Ali Məclisin Sədri demişdir: Ötən dövrdə həyata keçirilən tədbirlər rayonun simasını tamamilə dəyişmiş, Sədərək müasir və abad yaşayış məntəqəsinə çevrilmişdir. Sədərək rayonunun inkişafına, abadlaşmasına bundan sonra da diqqət yetirilməlidir. Yaşayış binasının tikilməsində məqsəd də ondan ibarət idi ki, həm ailələr rahat yaşasın, həm də Sədərəyin bərəkətli torpaqları qorunub gələcək nəsillərə çatdırılsın. 
Ali Məclisin Sədri yaşayış binasının istifadəyə verilməsi münasibətilə bir daha sakinləri təbrik etmiş, onlara yeni mənzillərində rahat və firavan həyat arzulamışdır. 
Heydərabad qəsəbə sakini, ziyalı Sultan Rzayev minnətdarlıq edərək demişdir: "Sədərək son illər kompleks inkişaf edib. Rayonda icbari tibbi sığortanın tətbiqi sakinlərin sağlamlığının daha etibarlı qorunmasına şərait yaradıb. Mədəniyyət Sarayında insanların asudə vaxtları səmərəli təşkil olunur. Bu gün yeni yaşayış binasının istifadəyə verilməsi isə tarixi hadisədir. Çünki bina ulu öndərimizin Azərbaycanda rəhbərliyə gəlişinin 50-ci ildönümü ərəfəsində istifadəyə verilir. Sakinlər daim bu günü xatırlayacaqlar. Heydərabad qəsəbəsi ulu öndərin rəhbərliyi ilə yaradılmışdır. İşğalçı ölkənin ötən əsrin 90-cı illərində Sədərəyə hücümu zamanı dağılan evlər yenidən qurulmuş, yeni binalar tikilmişdir. Sərhəd bölgəsi Sədərəkdə 48 mənzilli yaşayış binasının tikilməsi düşmənə göz dağı, bizə sevincdir. Bu muxtar respublikada ulu öndərin siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsidir:
 
Ulu öndər yolu haqqın yoludur, 
Xalqın istəyidir, xalqın yoludur.
Bu yol sülhün, azadlığın yoludur,
Neçə kənd əməyi, şəhər əməyi, 
Bu millət unutmaz Heydər əməyin.
 
Qanımız bayrağı göyə qaldırdı,
Vətənin yolunda çıraq yandırdı.
Neçə kənd saldırdı, şəhər saldırdı,
Neçə kənd əməyi, şəhər əməyi, 
Bu millət unutmaz Heydər əməyin.
 
Sədərəklilər bundan sonra da ulu öndərin yolu ilə gedəcək, rayonumuz inkişaf edəcək, qəsəbəmiz şəhərə çevriləcəkdir".
Sonra binaya baxış olmuşdur. Məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə 7 mərtəbədən ibarət olan bina 48 mənzillidir. Mənzillərdən 24-ü üçotaqlı, 24-ü isə ikiotaqlıdır. Üçotaqlı mənzillərin ümumi sahəsi 86 və 97, ikiotaqlı mənzillərin ümumi sahəsi isə 63 və 75 kvadratmetrdir. Fərdi istilik sistemi ilə qızdırılacaq mənzillərdə müasir kommunal məişət şəraiti yaradılmış, mərkəzləşdirilmiş antena sistemi və 2 lift quraşdırılmışdır. 
Binanın həyətində abadlıq işləri görülmüş, istirahət guşəsi yaradılmış, müasir işıqlandırma və suvarma sistemləri qurulmuşdur.
 
         03.07.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).