14:23 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Sosial himayəyə ehtiyacı olanlara mənzillər təqdim olunub.
 
İyulun 2-də Sədərək rayonunda 1 şəhid ailəsinə, sağlamlıq imkanları məhdud 2 Azərbaycan Vətən Müharibəsi iştirakçısına və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə yeni mənzillər təqdim olunmuşdur.
 
 
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev çıxış edərək demişdir ki, muxtar respublikada Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı sağlamlıq imkanları məhdudlaşmış şəxslərin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması diqqət mərkəzindədir. 2019-cu ilin ötən dövründə müvafiq kateqoriyalı 363 nəfərin bərpa mərkəzlərində müalicələri təşkil edilmiş, 150 şəxsə sanatoriya və müalicə pansionatlarına göndəriş verilmiş, 8 ailəyə mənzil, 8 nəfərə minik avtomobili təqdim olunmuşdur. Sərhəd yaşayış məntəqəsi olan Sədərəkdə müvafiq kateqoriyadan olan insanlara yeni mənzillərin verilməsi də göstərilən dövlət qayğısının daha bir ifadəsidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mənzillə təmin olunanları təbrik etmiş, onlara rahat və firavan həyat arzulamış, mənzillərin orderlərini təqdim etmişdir.
 
 
Mənzillə təmin olunan şəhid anası Dilbər Hüseynova, Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən Qəzənfər Həmzəyev, Azərbaycan Vətən Müharibəsi veteranları Rəhim Salmanov və Ramazan Adnayev göstərilən qayğıya görə müharibə veteranları və şəhid ailələri adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişlər. 
 
 
Hər biri 3 otaqdan ibarət olan mənzillər tam təmir olunmuş, istilik sistemi quraşdırılmışdır. 
 
 
Azərbaycan Vətən Müharibəsi veteranları Ramazan Adnayevin və Rəhim Salmanovun ailə üzvləri Mahirə Adnayeva və Güllü Salmanova minnətdarlıq etmişlər. Mahirə Adnayeva demişdir: "Dünyanın heç bir ölkəsində müharibə veteranlarına, şəhid ailələrinə Azərbaycanda olduğu qədər qayğı göstərilmir. Həyat yoldaşım Ramazan Adnayevə bir neçə il bundan əvvəl avtomobil təqdim olunub. Bu gün isə mənzil sahibi olduq. Dövlətin qayğısı bizi daha da ruhlandırır. Bundan sonra da dövlətimizin inkişafı və tərəqqisi yolunda səylə çalışacağıq".
 
 
 
          03.07.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).