21:19 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Kəngərli rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilmişdir.
 
İyulun 5-də Kəngərli rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilmişdir. 
 
 
Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Samiq Sadıxov aidiyyatı üzrə məlumat vermişlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir ki, Kəngərli rayonunda icbari tibbi sığortaya keçidlə bağlı bütün işlər başa çatdırılmışdır. Ona görə də bu il avqustun 1-dən etibarən Kəngərli rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılmalı, həkim və tibb işçilərinin əməkhaqları artırılmalıdır. Əhali arasında maarifləndirmə işləri aparılmalı, sakinlərə icbari tibbi sığortanın əhəmiyyəti barədə məlumat verilməlidir. Muxtar respublikada icbari tibbi sığortanın tətbiq olunacağı növbəti yaşayış məntəqəsi Şahbuz rayonudur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Şahbuz rayonunda məlumatlar toplanılmalı, icbari tibbi sığortanın tətbiqi sahəsində işlərə başlanılmalı və ilin sonuna qədər başa çatdırılmalıdır. 
"Müalicənin əsasını düzgün müayinə təşkil edir", - deyən Ali Məclisin Sədri Kəngərli rayonunda da müayinə və müalicələrin düzgün aparılacağına əminliyini bildirmiş, həkimlərin muxtar respublikanın səhiyyə müəssisələrinə kurslara göndərilməsi, eyni zamanda rayon mərkəzi xəstəxanasına həkimlərin ezam olunması barədə müvafiq tapşırıqlar vermişdir.
 
 
 
          06.07.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).