3:20 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

"Yeni həyat" qəzetində növbəti hüquqi maarifləndirici yazı dərc olunub.
 
Sual. Hansı kateqoriyalı işçilər əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan əmək məzuniyyətindən istifadə etmək hüququna malikdirlər?
Cavab: Azərbaycan Respublikası Əmək Məcəlləsində bəzi kateqoriyalı işçilər əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan işin birinci ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququna malikdirlər. Həmin kateqoriyaya hamiləliyə və doğuşa görə sosial məzuniyyətdən bilavasitə əvvəl, yaxud sonra qadınlar, on səkkiz yaşına çatmamış işçilər, müddətli hərbi xidmətdən buraxıldıqdan 3 ay keçənədək işə götürülən işçilər, əsas iş yerində məzuniyyətə çıxan əvəzçilik üzrə işləyənlər, hərbi qulluqçu arvadı (əri), kurs işlərinin və ya imtahanların verildiyi, diplomun müdafiə edildiyi vaxtda təhsil müəssisələrində oxuyan şəxslər, əlillər daxildir.
Əlavə olaraq qeyd etmək lazımdır ki, bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə işə girdikləri vaxtdan asılı olmayaraq əmək məzuniyyətləri, bir qayda olaraq, məktəblərdə yay tətili dövründə verilir.
 
 13.07.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).