11:02 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

"Oğuz səsi" qəzetində növbəti hüquqi maarifləndirici yazı dərc olunub.
 
Sual : Hansı şəxs ləyaqətsiz vərəsə hesab olunur?
Cavab: Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin.
Şəxs o zaman ləyaqətsiz vərəsə sayılır ki, onun miras qoyana qarşı törətdiyi qanunsuz hərəkətləri qəsdən törədilmiş olsun. Yəni ləyaqətsiz vərəsə öz qanunsuz hərəkətlərini törətməklə müəyyən məqsəd güdür.
Ləyaqətsiz vərəsələr həm qanun üzrə vərəsələr, həm vəsiyyət üzrə vərəsələr, o cümlədən vəsiyyətnamədə vərəsə kimi göstərilmiş kənar şəxslər ola bilərlər.
 
13.07.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).