12:37 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

"Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının zastavalarında növbəti hüquqi maarifləndirmə tədbirləri keçirilib.
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının birgə təşkilatçılığı ilə N saylı sərhəd zastavalarında hüquqi maarifləndirmə tədbirləri keçirilmişdir.
Tədbirlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Abil Orucəliyev, "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının əməkdaşı Tural Xudaverdiyev və N saylı zastavaların çavuş və əsgər heyəti iştirak etmişdir.
 
 

Tədbiri giriş sözü ilə "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının əməkdaşı Tural Xudaverdiyev açaraq hərbi qulluqçuların hüquqi maarifləndirilməsində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) rolundan danışmışdır. 
Qeyd olunmuşdur ki, bugünədək müxtəlif mövzularda bir sıra tədbirlər həyata keçirilmiş, bu kimi tədbirlər hərbi qulluqçuların hüquqi maarifləndirilməsində əvəzsiz rol oynamışdır.
Sonra tədbirlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Abil Orucəliyevin "Əmri icra etməmə cinayəti və məsuliyyət" və "Sərhəd xidməti qaydalarını pozmağa görə cinayət məsuliyyətinin əsasları" mövzularında çıxışları dinlənilmişdir.
A.Orucəliyev qeyd etmişdir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçularının hərbi vətənpərvərlik tərbiyəsi ümumbəşəri dəyərlər və Azərbaycan xalqının milli-tarixi ənənələri ruhunda həyata keçirilir.
Diqqətə çatdırılmışdır ki, hərbi qulluqçular Azərbaycan Respublikası qanunlarında və hərbi nizamnamələrdə müəyyən olunmuş hərbi intizama ciddi riayət etməlidirlər. Hərbi intizamın əsas məqsədi hərbi tapşırığı yerinə yetirənlərin razılaşdırılmış vahid fəaliyyətinin təşkil olunub həyata keçirilməsini təmin etməkdən ibarətdir. İstər cinayət qanunvericiliyi, istərsə də hərbi nizamnamələr çərçivəsində hərbi xidmət əleyhinə olan qanunazidd əməllərin müəyyən edilib cəzalandırılmasının şərtləndirilməsi hərbi intizamın möhkəmləndirilməsinə xidmət edir.
Ombudsmanın əməkdaşı vurğulamışdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 328-ci maddəsinə əsasən rəisin qanunla müəyyən edilmiş qaydada verdiyi əmri tabelikdə olan şəxsin yerinə yetirməkdən açıqcasına imtina etməsi, habelə başqa şəkildə qəsdən yerinə yetirilməməsi hərbi xidmət mənafelərinə əhəmiyyətli zərər vurduqda iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
"Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının N saylı digər sərhəd zastavasında davam etdirilən hüquqi maarifləndirmə tədbirində Abil Orucəliyev dövlət sərhəddinin mühafizəsi barədə tədbir iştirakçılarına məlumat verərək bildirmişdir ki, "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsi Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsi sisteminin ayrılmaz tərkib hissəsidir. 
 
 

A.Orucəliyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsində sərhəd xidməti qaydalarının pozulmasına görə cinayət məsuliyyəti müəyyən olunduğunu bildirərək əlavə etmişdir ki, sərhəd xidməti qaydalarını pozma sərhəd dəstəsi tərkibində hərbi xidmət çəkmə zamanı xidməti özbaşına dayandırmada, kənar məşğuliyyətlərlə əlaqədar xidmətdən yayınmada, diqqətsizlikdə, sərhəddən qaçaqmalçılıq yolu ilə əşyaların keçirilməsində, silah tətbiqi qaydasına əməl edilməməsində, sərhədi pozan barəsində məlumatın verilməməsində, xarici dövlətin vətəndaşları ilə danışıqlar aparılmasında və ya əşyaların mübadiləsində və s. təzahür edir.
Daha sonra məruzəçi mövzularla bağlı mövcud qanunvericiliyin tələblərini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılmışdır.
 
           16.07.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).