6:22 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsində hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsində hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Asiman Abbasov, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları Ayaz Quliyev, İman Quliyev və Dövlət Yol Polisi İdarəsinin zabit və sıravi rəis heyəti iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Ayaz Quliyev açaraq polis əməkdaşlarının hüquqi maarifləndirilməsində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) rolundan danışmışdır.
Sonra Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Asiman Abbasovun "Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar" mövzusunda çıxışı dinlənilmişdir.
Asiman Abbasov qeyd etmişdir ki, Azərbaycan Respublikası ərazisində yol hərəkətinin təşkili, yol hərəkəti iştirakçılarının və subyektlərinin qarşılıqlı hüquqi münasibətləri, yol intizamı və mədəniyyəti yol hərəkəti haqqında qanunvericiliklə müəyyənləşdirilib. 
Diqqətə çatdırılmışdır ki, yol hərəkəti qaydalarının və ümumiyyətlə yol hərəkəti qanunvericiliyinin pozulmasına görə hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
A.Abbasov vurğulamışdır ki, hər bir inzibati xətanın əsasını hüquqa zidd əməl təşkil edir. Hüquqi tənzimlənmə predmetinə və metoduna görə yol hərəkəti ilə bağlı münasibətlər inzibati hüquqla nizama salınır. 
Qeyd olunmuşdur ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin VI bölməsinin 29-cu fəslində (327-348-ci maddələrində) təsbit olunmuşdur.
Daha sonra məruzəçi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi, Polis haqqında Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının Daxili İşlər nazirinin 19 yanvar 2012-ci il tarixli əmri ilə təsdiq edilmiş Yol-Patrul Xidməti Haqqında Təlimatın müvafiq müddəaları barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. 
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən ətraflı şəkildə cavablandırılmışdır.
 
  26.07.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).