15:48 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Müvəkkilin preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu müəssisələrə başçəkmlər davam etdirilir.
 
Müvəkkilin Preventiv mexanizm funksiyalarının icrası ilə əlaqədar preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu və saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə əvvəlcədən xəbərdarlıq edilmədən həyata keçirilən başçəkmələr cari ilin iyul ayı ərzində də davam etdirilmişdir.
Müvəkkilin Preventiv qrupunun üzvləri Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Sədərək, Şərur, Kəngərli Rayon Polis Şöbələrində, həmçinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Naziriliyi Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin Ümumi Rejim-1 bölməsində əvvəlcədən xəbərdarlıq edilmədən başçəkmələr həyata keçirmiş, habelə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində olmuşlar.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmələr zamanı qeyd edilən müəssisələrdə hüquqi maarifləndirici söhbətlər aparılmış, saxlanma şəraiti və rəftar məsələləri araşdırılmış, bütün kameralara baxış keçirilmiş, qidalanma, tibbi yardım, gəzinti, görüş, telefon danışıqları ilə bağlı sənədlər yoxlanılmış, saxlanılan şəxslərin beynəlxalq və milli qanunvericiliyə uyğun şəkildə hüquqlarının təmin olunması vəziyyəti öyrənilmişdir.
Başçəkmələr zamanı Preventiv qrup tərəfindən pozuntu halları aşkar edilməmişdir.
 
  29.07.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).