14:01 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

"Yeni həyat" qəzetində növbəti hüquqi maarifləndirici yazı dərc olunub.
 
Sual: Mülkiyyətçinin öhdəlikləri üzrə tutma hansı qaydada əmlaka yönəldilir?
Cavab: Azərbaycan Respublikasının mülki qanunvericliyinin tələblərinə əsasən mülki hüquq münasibətlərinin subyektləri tərəfindən hüquqlardan sui-istifadə və vəzifələrin yerinə yetirilməməsi və ya layiqincə yerinə yetirilməməsi müvafiq məsuliyyətə, o cümlədən əmlak məsuliyyətinə səbəb olur. Bu münasibətlərin iştirakçıları öz öhdəliklərini yerinə yetirmədiyinə görə əmlak məsuliyyəti daşımalı olduqda yaranmış borc onun əmlakı hesabına ödənilir. Borc könüllü surətdə ödənilmədikdə borcun məbləğinə mütənasib tutma borclunun əmlakına yönəldilir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyətçinin öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi yolu ilə əmlakın alınması, müqavilədə tutmanın yönəldilməsinin ayrı qaydası nəzərdə tutulmayıbsa, məhkəmə qərarına əsasən həyata keçirilir.
Tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir.
 
09.08.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).