13:13 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvan Muxtar Respublikası Ali Məclisində qəbul.
 
Avqustun 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının Naxçıvana yeni təyin olunmuş Baş konsulu Seyid Əhməd Hüseynini qəbul edib.
 
 

Ali Məclisin Sədri muxtar respublikada Baş konsul kimi fəaliyyətə başlaması və Qurban bayramı münasibətilə Seyid Əhməd Hüseynini təbrik etmiş, dost və qonşu ölkələr olan Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasındakı əlaqələrin nümunə gücündə olduğunu bildirmişdir. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında da əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini diqqətə çatdıran Ali Məclisin Sədri ikitərəfli münasibətlərin qarşılıqlı hörmət və ehtirama əsaslandığını vurğulamışdır.
Ali Məclisin Sədri təcrübəli diplomatın muxtar respublikaya Baş konsul təyin olunmasını İran İslam Respublikasının Azərbaycana və onun Naxçıvan Muxtar Respublikasına verdiyi əhəmiyyətin daha bir ifadəsi kimi dəyərləndirmiş, Seyid Əhməd Hüseyniyə fəaliyyətində uğurlar arzulamışdır.
Səmimi qəbula görə minnətdarlıq edən Seyid Əhməd Hüseyni Qurban bayramı münasibətilə təbriklərini çatdırmış, müqəddəs gündə Naxçıvanda diplomatik fəaliyyətə başlamağından məmnunluğunu ifadə etmişdir. İran İslam Respublikasının Azərbaycanla və onun Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini diqqətə çatdıran Baş konsul mövcud əməkdaşlığın daha da genişləndirilməsində səylərin artırılacağını bildirmiş və etimadnaməsini Ali Məclisin Sədrinə təqdim etmişdir.
 
      14.08.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).