4:03 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Əlahiddə Ümumqoşun Ordusunun "N" saylı hərbi hissəsində növbəti hüquqi maarifləndirmə tədbiri keçirilib.
 
Avqustun ayının 21-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Əlahiddə Ümumqoşun Ordu Komandanlığının birgə təşkilatçılığı ilə "N" saylı hərbi hissədə hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
Həyata keçirilmiş tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin əməkdaşı Abil Orucəliyev, Naxçıvan Əlahiddə Ümumqoşun Ordu Komandanlığının əməkdaşı Riçard İsmayılov və hərbi hissənin çavuş, əsgər heyəti iştirak etmişdir.
 
 
Tədbiri giriş sözü ilə Riçard İsmayılov açaraq Ombudsman təsisatı ilə birgə həyata keçirilmiş hüquqi maarifləndirilmə tədbirlərinin hərbi qulluqçuların maarifləndirilməsində, onların hüquq və vəzifələrinin daha dərindən öyrənilməsində xüsusi əhəmiyyətə malik olduğunu vurğulamışdır. 
Sonra tədbirdə Ombudsmanın əməkdaşı Abil Orucəliyev işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyanın və onun Fakültativ Protokolunun tələblərinin mahiyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verərək bildirmişdir ki, heç kim işgəncəyə və ya qəddar, qeyri-insani və ya onun ləyaqətini alçaldan münasibətə və cəzaya məruz qalmamalıdır. 
Qeyd olunmuşdur ki, bu müddəalar İnsan Hüquqları haqqında Ümumi Bəyannəmənin 5-ci, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci, "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 3-cü maddəsində öz əksini tapmışdır.
Abil Orucəliyev diqqətə çatdırmışdır ki, XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikasında aparılan hüquqi islahatlar ilə demokratik, hüquqi dövlət quruculuğu, insan hüquqlarının ən ali dəyər kimi qorunması, insan və cəmiyyətin mənafeyinin daha önə çəkilməsi dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdirilmiş, ölkəmizin milli qanunvericilik bazası qısa zaman kəsiyində təkmilləşdirilərək Avropa standartlarına uyğunlaşdırılımışdır.
A.Orucəliyev Azərbaycan Respublikasının 31 may 1996-cı ildən "İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiya"nın iştirakçısı olduğunu vurğulayaraq əlavə etmişdir ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 18 dekabr 2002-ci il tarixli qətnaməsi ilə adı çəkilən Konvensiyanın Fakültativ Protokolu qəbul edilmişdir. Azərbaycan Respublikası Fakultativ Protokolu 15 sentyabr 2005-ci il tarixdə imzalamış, 02 dekabr 2008-ci il tarixli qanunla ratifikasiya etmiş və bu protokol Azərbaycan Respublikasına münasibətdə 15 yanvar 2009-cu il tarixdə qüvvəyə minmişdir.
A.Orucəliyev çıxışında bildirmişdir ki, "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın Fakültativ Protokolunun icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikasının Prezidenti tərəfindən 13 yanvar 2009-cu il tarixdə sərəncam imzalanmış, 15 yanvar 2009-cu il tarixdə isə bu sərəncam dərc edilmişdir. Sərəncama əsasən, "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın Fakültativ Protokolunda nəzərdə tutulmuş milli preventiv mexanizmin funksiyalarını Azərbaycan Respublikasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) həyata keçirir.
Məruzəçi əlavə etmişdir ki, 2011-ci ildə "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununa edilmiş müvafiq əlavə və dəyişikliklərlə "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın Fakültativ Protokolunda nəzərdə tutulmuş preventiv mexanizmin funksiyalarını Naxçıvan Muxtar Respublikası ərazisində yerinə yetirən təsisat qismində Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili müəyyən edilmişdir. 
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılmışdır.
 
    21.08.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).