10:20 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə başçəkmələr davam etdirilir.
 
Müvəkkilin preventiv mexanizm funksiyalarının icrası ilə əlaqədar olaraq cari ilin avqust ayı ərzində Müvəkkilin Preventiv qrupu Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Ordubad, Culfa, Şahbuz rayon polis şöbələrində və Müvəqqəti Saxlama Yerində, həmçinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında, o cümlədən, Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin Həbsxanasında və Ciddi rejimində, Naxçıvan Qarnizon Hauptvaxtında əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr həyata keçirmiş, habelə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Ahıllar Evində, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Ordubad şəhər tam orta İnternat məktəbində olmuşlar.
Birləşmiş Millətlər Təşkilatının "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın Fakültativ Protokolu və "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun tələbləri əsasında təşkil edilmiş başçəkmələr zamanı saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərdə saxlanma şəraiti və rəftar məsələləri araşdırılmış, bütün kameralara baxış keçirilmiş, qidalanma, tibbi yardım, gəzinti, görüş, telefon danışıqları ilə bağlı sənədlər yoxlanılmış, həmin şəxslərin beynəlxalq və milli qanunvericiliyə uyğun şəkildə hüquqlarının təmin olunması vəziyyəti öyrənilmişdir.
Başçəkmələr zamanı Preventiv qrup tərəfindən pozuntu halları aşkar edilməmişdir.
 
  28.08.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).