2:43 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş.
 
Sentyabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İsveçrə Konfederasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Muriel Peneveyre ilə görüşmüşdür.
 
 
 
Ali Məclisin Sədri qonağı salamlamış, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İsveçrə Konfederasiyası arasındakı əlaqələrə diqqəti çəkmişdir. Birgə əməkdaşlığın nəticəsi kimi muxtar respublikada kəhrizlərin bərpası layihəsindən danışan Ali Məclisin Sədri 2011-ci ildə İsveçrə Konfederasiyasının o zamankı Prezidenti xanım Mişelin Kalmi-Reyin Naxçıvana səfərini xatırlatmışdır.
İsveçrə şirkəti tərəfindən Naxçıvanda Günəş elektrik stansiyasının qurulduğunu, eləcə də bir sıra beynəlxalq tədbirlərin keçirildiyini qeyd edən Ali Məclisin Sədri əminliyini bildirmişdir ki, xanım Muriel Peneveyrenin səfəri də əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəkdir.
Diplomatik fəaliyyəti müddətində ilk rəsmi səfərini Naxçıvan Muxtar Respublikasına etdiyini bildirən xanım Muriel Peneveyre göstərilən diqqətə görə minnətdarlıq etmişdir. Səfir qarşılıqlı əlaqələrin əhəmiyyətinə toxunmuş, əməkdaşlığın daha da genişləndirilməsində səylərin artırılacağını bildirmişdir.
İsveçrə Əməkdaşlıq Ofisinin Cənubi Qafqaz üzrə regional direktor müavini xanım Simon Hayberli görüşdə iştirak etmişdir.
 
       13.09.2019















      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).