Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının tərkibinin təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 13 sentyabr tarixli 178-V FR nömrəli Fərmanı ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi"nin 6.3-cü bəndinə uyğun olaraq qərara alıram: Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının tərkibi təsdiq edilsin: Şuranın sədri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Şuranın üzvləri Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri AMEA Naxçıvan Bölməsinin sədri Naxçıvan Muxtar Respublikasının təhsil naziri Naxçıvan Dövlət Universitetinin rektoru Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif TALIBOV
Naxçıvan şəhəri, 14 sentyabr 2019-cu il 14.09.2019
|