9:21 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

"Şərqin səhəri" qəzetində növbəti hüquqi maarifləndirici yazı dərc olunub.
 
Sual: Uşağın qəyyumunun hansı hüquq və vəzifələri vardır?
Cavab: Uşağı tərbiyə etmək, onun sağlamlığının, fiziki və psixi, mənəvi və əxlaqi inkişafının qeydinə qalmaq uşağın qəyyumunun hüquq və vəzifəsidir.
Qəyyumluqda olan uşağın qəyyumunun qəyyumluq və himayə orqanlarının tövsiyələrini və uşağın rəyini nəzərə almaqla, onun tərbiyə üsullarını sərbəst müəyyənləşdirmək hüququ vardır. Qəyyum uşağın rəyinə uyğun olaraq onun ümumi orta təhsil alması üçün təhsil müəssisəsini və təhsilin formasını seçmək hüququna malikdir, uşağın ümumi orta təhsil almasını təmin etməlidir.
Qəyyumluqda olan uşağı hər hansı təşkilat, şəxs və ya yaxın qohum qanuni əsas olmadan saxlayarsa, qəyyumun məhkəmə yolu ilə uşağın qaytarılmasını tələb etmək hüququ vardır.
Uşağa qəyyumluq vəzifəsi təmənnasız yerinə yetirilməlidir. Hər ay uşağın qəyyumuna onun saxlanması üçün dövlət tərəfindən təyin edilmiş maddi vəsait verilir.
 
      17.09.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).