"Yeni həyat" qəzetində növbəti hüquqi maarifləndirici yazı dərc olunub. Sual: İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar hansılardır? Cavab: İnzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hallar aşağıdakılar hesab edilir: • səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi; • inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi; • yetkinlik yaşına çatmayanların inzibati xəta törətməyə cəlb edilməsi; • inzibati xətanın yetkinlik yaşına çatmayanlara qarşı törədilməsi; • inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsi; • inzibati xətanın təbii fəlakət şəraitində və ya başqa fövqəladə şəraitdə, yaxud hərbi vəziyyət dövründə törədilməsi; • inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi. 17.09.2019
|