0:00 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



Xəbərlər

Psixi Xəstəliklər Dispanserində 21 sentyabr Beynəlxalq Sülh Günü ilə bağlı  hüquqi maarifləndirmə tədbiri keçirilib.
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə sentyabrın 18-də Psixi Xəstəliklər Dispanserində hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
 
 
 
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Səbuhi İbrahimov açaraq tibb işçilərinin hüquqi maarifləndirilməsi ilə bağlı hər il Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili ilə birgə müvafiq tədbirlər planı hazırlandığını və bu plana uyğun olaraq Səhiyyə Nazirliyinin tabeliyində olan müəssisələrdə hüquqi maarifləndirici tədbirlərin həyata keçirildiyini diqqətə çatdırmışdır.
Daha sonra tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin əməkdaşı Vahidə Bayramova "Sülh mədəniyyəti və insan hüquqları" mövzusunda geniş məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, bəşəriyyət daim əbədi sülh axtarışında olmuş, sülh, dinclik, əmin-amanlıq uğrunda mübarizə aparmışdır. Beləliklə, hüquqi dövlət, demokratik cəmiyyət quruculuğu prosesində sülh mədəniyyəti formalaşmışdır.
Məruzəçi vurğulamışdır ki, 1998-ci ilin sonunda YUNESKO-nun təşəbbüsü ilə 2000-ci il rəsmən "Sülh mədəniyyəti ili" elan edilmiş, bununla əlaqədar olaraq, Nobel mükafatları laureatlarının təşəbbüsü ilə 2000-ci il sülh manifesti hazırlanmış və Azərbaycan Respublikası Sülh Manifestini imzalayan ilk dövlətlərdən biri olmuşdur.
Qeyd olunmuşdur ki, ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq Ermənistanın Azərbaycana təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal edilmiş və azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirlimişdir. Xalqımız müharibə dəhşətlərini öz taleyində yaşamış, əzəli torpaqlarından qovulmuş yüz minlərlə soydaşımızın çadır düşərgələrinə, qaçqın və məcburi köçkün qəsəbələrinə sığınmış, insan hüquqlarının kütləvi şəkildə və kobudcasına pozulması ilə müşahidə olunmuşdur. Ombudmanın əməkdaşı vurğulamışdır ki, atəşkəs rejiminə baxmayaraq, bu proses bu gün də davam edir, uşaqlar, qadınlar, qocalar və bütövlükdə əhali uzun müddətdir ki, münaqişədən əziyyət çəkir.
V.Bayramova diqqətə çatdırmışdır ki, Ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə ali siyasi hakimiyyətə qayıdışı nəticəsində ölkməzidə ictimai-siyasi sabitlik bərqərar edilmiş, müdriklik və uzaqgörənliklə qan tökülməsinin qarşısını alınmış, regionda sabitliyin yaranmasına nail olunmuşdur. Ümummilli liderin Azərbaycana qayıdışı dövlətimizin sülh arzusunun ifadəsi, həqiqi sülhün bərqərar olması və sülhün təminatı rolunda çıxış edəcək hərbi qüdrətə gedən yolun başlanğıcı olmuşdur. Ölkəmizdə atəşkəs əldə olunduqdan sonra Ulu öndər beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın Azərbaycan ərazilərinə hərbi təcavüzünə yönəltmiş, münaqişənin sülh yolu ilə həll olunması istiqamətində ardıcıl tədbirlər görmüşdür. 
Belə ki, ATƏT-in 1994-cü il Budapeşt, 1996-cı il Lissabon və 1999-cu il İstanbul sammitlərində münaqişənin dinc və siyasi yollarla həlli istiqamətində də bir sıra mühüm təkliflər irəli sürülmüşdü. Xüsusilə 1996-cı ildə ATƏT-in Lissabon zirvə görüşü zamanı Ümummilli Liderin siyasi uzaqgörənliyi və müdrikliyi sayəsində Azərbaycanın mövqeyi dünyanın 53 dövləti tərəfindən qəbul və müdafiə olunmuşdur.
Ombudsmanın əməkdaşı vurğulamışdır ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan sülh siyasəti Azərbaycanın tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir. Təcavüzkar Ermənistan tərəfindən sülhün və sabitliyin pozulması səbəbindən muxtar respublikamız 28 ildən artıqdır ki, blokada vəziyyətində yaşayır. Lakin bütün bunlara baxmayaraq, Naxçıvan ictimai-siyasi sabitlik və əmin-amanlıq şəraitində inkişaf edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti nəticəsində Naxçıvan blokada şəraitində inkişafın əsl nümunəsini ortaya qoyaraq Azərbaycanın sürətlə tərəqqi edən diyarına çevrilmişdir. Ötən dövr ərzində muxtar respublikada iqtisadiyyatın və sənayenin bütün sahələrinin inkişaf etdirilməsi, yeni istehsal və xidmət sahələrinin yaradılması, yeni iş yerlərinin açılması, yaşayış məntəqələrinin abadlaşdırılması, səmərəli məşğulluq təmin edilməklə əhalinin maddi rifah halının yaxşılaşdırılması, bir sözlə, muxtar respublikada bütün sahələrin dinamik inkişafının təmin edilməsi Naxçıvanın sürətli sosial-iqtisadi inkişafının bariz nümunəsidir.
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılmışdır.
 
     18.09.2019















      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).