8:47 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

21 sentyabr Beynəlxalq Sülh Günüdür.
 
Birləşmiş Millətlər Təşkilatı 1981-ci ildə 21 sentyabrın "Beynəlxalq Sülh Günü" kimi qeyd olunması barədə Qərar qəbul etmişdir. Həmin tarixdən etibarən 21 sentyabr bütün dünyada "Beynəlxalq Sülh Günü" kimi qeyd olunur. 
 
 
 
Ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq Ermənistanın Azərbaycana təcavüzü nəticəsində torpaqlarımızın 20 faizdən çoxu işğal olunmuş, 1 milyondan artıq soydaşımız öz doğma yurd-yuvalarından didərgin düşərək qaçqın və məcburi köçkünə çevrilmiş, minlərlə soydaşımız vəhşicəsinə qətlə yetirilmiş, təhsil və mədəniyyət ocaqlarımız, dini və tarixi abidələrimiz dağıdılmış, terrora məruz qalmışdır. Atəşkəs rejiminə baxmayaraq, bu proses bu gün də davam edir, uşaqlar, qadınlar, qocalar və bütövlükdə, əhali uzun müddətdir ki, münaqişədən əziyyət çəkir. 
Ulu öndər Heydər Əliyev Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra böyük müdriklik və uzaqgörənliklə qan tökülməsinin qarşısını almış, regionda sabitliyin yaranmasına nail olunmuşdur. Bu, dövlətimizin sülh arzusunun ifadəsi, həqiqi sülhün bərqərar olması üçün Vətəni hər cür müdaxilədən qoruyacaq və sülhün təminatı rolunda çıxış edəcək hərbi qüdrətə gedən yolun başlanğıcı idi. Ölkəmizdə atəşkəs əldə olunduqdan sonra ulu öndər beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın Azərbaycan ərazilərinə hərbi təcavüzünə yönəltmiş, münaqişənin sülh yolu ilə həll olunması istiqamətində ardıcıl tədbirlər görmüşdür. 
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin qeydşərtsiz azad edilməsi üçün 822, 853, 874 və 884 saylı qətnamələr qəbul etmişdir.Ancaq işğalçı ölkə indiyədək beynəlxalq hüququn tələblərini pozaraq işğal siyasətini davam etdirir. ATƏT-in 1994-cü ilBudapeşt, 1996-cı il Lissabon və 1999-cu il İstanbul sammitlərində münaqişənin dinc və siyasi yollarla həlli istiqamətində də bir sıra mühüm təkliflər irəli sürülmüşdü.Xüsusilə 1996-cıildəATƏT-in Lissabon zirvə görüşü zamanı ümummilli liderin siyasi uzaqgörənliyi və müdrikliyi sayəsində Azərbaycanın mövqeyi dünyanın 53 dövləti tərəfindən qəbul və müdafiə olunmuşdu.
Ulu öndərin rəhbərliyi ilə hazırlanan və 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının preambula hissəsində ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək Azərbaycan dövlətinin ülvi niyyəti kimi təsbit olunmuşdur. 
Azərbaycan xalqı hər zaman sülhsevər olmuşdur. Bunu onunla izah etmək olar ki, tarixən vətənimizdə azərbaycanlılarla yanaşı, digər xalqların nümayəndələri də mehribancasına yaşamış və hazırda da yaşayırlar. Ölkəmizin yüksək tolerantlığa sahib olması indi bir çox ölkələr üçün əsl nümunədir. Azərbaycanda yaşayan insanlar arasında milli və ya dini ayrı-seçkiliyə yol verilmir. Tolerantlıq, milli-etnik dözümlülük, sıx əməkdaşlıq, bərabər imkanlarla iştirak milli mentalitetimizin ayrılmaz cəhətlərindəndir. Yüzilliklər boyunca Azərbaycanda müxtəlif xalqlar vahid və mehriban bir ailə kimi yaşayaraq bir-birinin dininə, inancına hörmətlə yanaşmış və zəngin mədəni müxtəliflik qorunub saxlanmışdır.
Dahi şəxsiyyətin sülhsevər siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının uğurlu inkişaf strategiyası nəticəsində Azərbaycan bu gün öz iqtisadi qüdrətini daim artıran, eyni zamanda mütərəqqi beynəlxalq normalara uyğun insan hüquq və azadlıqları sistemini formalaşdıran dövlətə çevrilmişdir. "Azərbaycan sülhün, təhlükəsizliyin qarantıdır", - deyən dövlət başçısının apardığı gərgin daxili və xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq aləmdə nüfuzu artır, dünya dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın haqq işini dəstəkləyir, ölkəmizin ərazi bütövlüyünü tanıyırlar. 
21 sentyabr - Beynəlxalq Sülh Günü Naxçıvan Muxtar Respublikasında da müxtəlif tədbirlərlə geniş şəkildə qeyd olunur. Təcavüzkar Ermənistan tərəfindən sülhün və sabitliyin pozulması səbəbindən muxtar respublikamız 30 ilə yaxındır ki, blokada vəziyyətində yaşayır. Lakin bütün bunlara baxmayaraq, Naxçıvan ictimai-siyasi sabitlik və əmin-amanlıq şəraitində inkişaf edir. Aparılan düzgün siyasətin nəticəsidir ki, artıq Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası planetin ən təhlükəsiz guşələrindən biridir. 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti nəticəsində Naxçıvan blokada şəraitində inkişafın əsl nümunəsini ortaya qoyaraqAzərbaycanın sürətlə tərəqqi edən diyarına çevrilmişdir. Ötən dövrdə muxtar respublikada iqtisadiyyatın və sənayenin bütün sahələrinin inkişaf etdirilməsi, yeni istehsal və xidmət sahələrinin yaradılması, yeni iş yerlərinin açılması, yaşayış məntəqələrinin abadlaşdırılması, səmərəli məşğulluq təmin edilməklə əhalinin maddi rifah halının yaxşılaşdırılması, birsözlə, muxtar respublikada bütün sahələrin dinamik inkişafının təmin edilməsi Naxçıvanın sürətli sosialiqtisadi inkişafının bariz nümunəsidir. 2009-cu ilin oktyabr ayında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin Bakı şəhərində keçirilmiş VI konfransında sülhün, təhlükəsizliyin carçısı rolunda çıxış edən Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunmasıAzərbaycanın bu qədim diyarındakı zəngin mədənimənəvi irsə verilən yüksək qiymətin təzahürüdür. 
Bu gün torpaqlarımızı işğaldan azad etməyə qadir güclü ordumuz və inkişaf etməkdə olan müdafiə sənayemiz mövcuddur. Lakin buna baxmayaraq, Azərbaycan dövləti işğal altındakı torpaqlarımızın sülh yolu ilə azad edilməsinin tərəfdarı olduğunu dəfələrlə bəyan etmiş, sülhməramlı siyasətə sadiq qalmışdır. Çünki müstəqilAzərbaycan sülhün keşiyində duran, hər zaman qədim dövlətçilik ənənələrinə, eyni zamanda beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsiplərinə sadiq olan hüquqi dövlətdir. Ümummilli lider Heydər Əliyevin dediyi kimi: "Azad və demokratik cəmiyyət quruculuğu yolunda qətiyyətli addımlarını atan və geosiyasi cəhətdən olduqca həssas bölgədə yerləşən müstəqilAzərbaycan Respublikası üçün sülhün, sabitliyin hökm sürdüyü təhlükəsiz mühit həyati əhəmiyyət kəsb edən bir məsələdir".
 
      21.09.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).