12:11 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvan Muxtar Respublikası Süni Mayalanma Mərkəzinin yaradılması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı.
 
 
 
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq muxtar respublikada heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması və məhsuldarlığının yüksəldilməsi məqsədilə qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasının Süni Mayalanma Mərkəzi yaradılsın.
2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Süni Mayalanma Mərkəzinin Əsasnaməsini və ştat strukturunu hazırlayıb təsdiq etsin.
3. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. 
 
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri     Vasif TALIBOV
 
Naxçıvan şəhəri, 21 sentyabr 2019-cu il
 
24.09.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).