17:47 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

"Oğuz səsi" qəzetində növbəti hüquqi maarifləndirici yazı dərc olunub.
 
Sual: Hansı şəxslər övladlığa götürmək hüququna malikdir?
Cavab: Hər iki cinsdən olan yetkinlik yaşına çatmış şəxslər övladlığa götürən ola bilərlər. 
Ailə qanunvericiliyində uşağın mənafeyi nəzərə alınaraq uşağı övladlığa götürmək hüququ olmayan şəxslərin dairəsi müəyyən olunmuşdur. Övladlığa götürmək hüququ olmayan şəxslər aşağıdakılardır:
• məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər;
• məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edilmiş və ya valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər;
• qanunla üzərinə qoyulan vəzifəni yerinə yetirmədiyinə görə qəyyum və ya himayəçi vəzifələrindən kənarlaşdırılmış şəxslər;
• əvvəllər məhkəmə tərəfindən təqsirkar bilinərək bu hüququ ləğv edilmiş şəxslər;
• səhhətinə görə valideyn vəzifələrini həyata keçirə bilməyən şəxslər.
Aralarında nikah olmayan şəxslər birlikdə eyni uşağı övladlığa götürə bilməzlər.
 
    25.09.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).