2:20 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Hərbi qulluqçular arasında hüquqi maarifləndirmə işinin təşkili günün əsas tələbidir.
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Əlahiddə Ümumqoşun Ordu Komandanlığının birgə təşkilatçılığı ilə "N" saylı hərbi hissələrdə hüquqi maarifləndirmə tədbirləri keçirilmişdir.
Həyata keçirilmiş tədbirlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin əməkdaşı Asiman Abbasov, Naxçıvan Əlahiddə Ümumqoşun Ordu Komandanlığının əməkdaşı Vüsal Abdullayev və müvafiq hərbi hissələrin çavuş və əsgər heyəti iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Əlahiddə Ümumqoşun Ordu Komandanlığının əməkdaşı Vüsal Abdullayev açaraq Ombudsman təsisatı ilə birgə həyata keçirilmiş hüquqi maarifləndirilmə tədbirlərinin hərbi qulluqçuların maarifləndirilməsində, onların hüquq və vəzifələrinin daha dərindən öyrənilməsində xüsusi əhəmiyyətə malik olduğunu diqqətə çatdırmışdır. 
Sonra tədbirdə Ombudsmanın əməkdaşı Asiman Abbasov çıxış edərək hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə məsuliyyəti barədə tədbir iştirakçılarına məlumat vermişdir. O, qeyd etmişdir ki, Azərbaycan Respublikası müstəqil dövlət və beynəlxalq hüququn subyekti kimi Azərbaycan Respublikasının Konstitusiyasına müvafiq olaraq öz silahlı qüvvələrinə malikdir. Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün, onun toxunulmazlığının və mənafeyinin silahlı müdafiəsinə, dövlətə silahlı hücümun qarşısının alınmasına, təcavüz olarsa, onun dəf edilməsinə xidmət edir.
Asiman Abbasov diqqətə çatdırmışdır ki, silahlı qüvvələrin daimi döyüş qabiliyyətli və döyüş hazırlıqlı olmasının zəruri şərti - hərbi qulluqçular tərəfindən onların vəzifələrini, funksiyalarını və onlara verilən tapşırıqları müəyyən edən normativ aktların tələblərinə dönmədən riayət edilməsi, yüksək hərbi intizamın dəstəklənməsidir. Hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikası qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. Hərbi intizam hər bir hərbi qulluqçunun hərbi borcunu və öz Vətəni Azərbaycan Respublikasının müdafiəsi üçün şəxsi məsuliyyət daşımasını şüurlu surətdə dərk etməsinə əsaslanır.
A.Abbasov qeyd etmişdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 348-ci maddəsinə əsasən çağırış və ya müqavilə üzrə Azərbaycan Respublikası Silahlı Qüvvələrində, digər qoşun və hərbi birləşmələrdə hərbi xidmət keçən hərbi qulluqçuların, qanunla müəyyən edilmiş qaydada hərbi qulluqçu statusuna malik olan başqa şəxslərin, habelə təlim və ya yoxlama toplanışlarına cəlb edilmiş hərbi vəzifəlilərin hərbi əmlakı ehtiyatsızlıqdan zədələmə, xarab etmə və ya məhv etməsi hərbi xidmət əleyhinə olan cinayət hesab olunur.
Ombudsmanın əməkdaşı çıxışında bildirmişdir ki, hərbi qulluqçuların dövlətə vurduqları ziyanla bağlı məsələlər "Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında" Əsasnamə ilə tənzimlənir.
Daha sonra Əlahiddə Ümumqoşun Ordu Komandanlığı ilə birgə həyata keçirilən növbəti tədbirdə "Silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma" cinayəti barədə tədbir iştirakçılarına məlumat verilmişdir.
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılmışdır.
 
24.10.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).