8:51 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində növbəti hüquqi maarifləndirmə tədbiri keçirilib.
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
 

 
Həyata keçirilmiş tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşları Vahidə Bayramova, İsa Əliyev, Səhiyyə Nazirliyinin əməkdaşı Səbuhi İbrahimov və Mərkəzin işçi heyəti iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Səbuhi İbrahimov açaraq açaraq tibb işçilərinin hüquqi maarifləndirilməsində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) rolundan danışmışdır.
Sonra İsa Əliyev "Uşaq hüquqlarının beynəlxalq müdafiəsi və Azərbaycanda uşaq hüquqları" mövzusunda çıxış edərək qeyd etmişdir ki, uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, onların şəxsiyyət kimi formalaşması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.
Qeyd olunmuşdur ki, dövlət müstəqilliyini bərpa etdikdən sonra respublikamızda uşaq hüquqlarının müdafiəsi sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə ardıcıl işlər aparılmış, uşaq hüquqlarının təminatı ilə bağlı bir sıra beynəlxalq müqavilələrə qoşulmaqla milli qanunvericilik daha da təkmilləşdirilmişdir.
Azərbaycan Respublikasında "Uşaq hüquqları" sahəsində qanunvericiliyin ana xəttində Azərbaycan Respublikasının Konstitusiyasının durduğunu diqqətə çatdıran İ.Əliyev vurğulamışdır ki, Konstitusiyamızın 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur və bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
Ombudsmanın əməkdaşı bildirmişdir ki, Azərbaycan Respublikası 1992-ci ildə 20 noyabr 1989-cu il tarixli Uşaq Hüquqları Haqqında Konvensiyasına qoşulduqdan sonra onun müddəaları rəhbər tutularaq 19 may 1998-ci tarixdə "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanunu qəbul edilmişdir. 
Bu gün ölkəmizdə uşaq problemləri sahəsində aparılan dövlət siyasəti yalnız valideynlərin uşaqları qarşısında borcunun yerinə yetirilməsinə nəzarətlə kifayətlənməyərək daha geniş şəkildə həyata keçirilir: uşaqların sağlam mühitdə tərbiyə edilməsi üçün lazımi şəraitin yaradılması, valideyn himayəsindən məhrum olan uşaqlara dövlət qayğısının artırılması, uşaq baxımsızlığının, uşaq alverinin, uşaq əməyinin istismarının, uşaqlara qarşı zorakılığın qarşısının alınması və s. məsələlər uşaq problemləri sahəsində dövlət siyasətinin əsas istiqamətlərini təşkil edir. 
Ombudsmanın əməkdaşı bildirmişdir ki, muxtar respublikada da uşaqların hüquqlarının müdafiəsinə, təhsilinə, dünyagörüşlərinin zənginləşməsinə, onların cəmiyyətə inteqrasiyasına, habelə asudə vaxtlarının səmərəli təşkilinə xüsusi diqqət göstərilir və bu istiqamətdə qanunvericilik bazası mütəmadi olaraq təkmilləşdirilir. Uşaqların hüquqlarının və qanuni maraqlarının müdafiəsi ilə bağlı Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Sədri tərəfindən bir sıra mühüm dövlət proqramlarının qəbul edilməsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bu sahəyə ayırdığı diqqətin bariz ifadəsidir. 
Daha sonra məruzəçi mövzu ilə əlaqdar mövcud qanunvericiliyin müddəaları barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılmışdır.
 
      24.10.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).