8:38 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Naxçıvan Qarnizon Hauptvaxtında hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Əlahiddə Ümumqoşun Ordu Komandanlığının birgə təşkilatçılığı ilə Naxçıvan Qarnizon Hauptvaxtında hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
Həyata keçirilmiş tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin əməkdaşı Asiman Abbasov, Naxçıvan Əlahiddə Ümumqoşun Ordu Komandanlığının əməkdaşı Əli İbrahimov və Hauptvaxtın zabit və əsgər heyəti iştirak etmişdir.
 
 
Tədbiri giriş sözü ilə Əlahiddə Ümumqoşun Ordu Komandanlığının əməkdaşı Əli İbrahimov açaraq Ombudsman təsisatı ilə birgə həyata keçirilmiş hüquqi maarifləndirmə tədbirlərinin hərbi qulluqçuların maarifləndirilməsində, onların hüquq və vəzifələrinin daha dərindən öyrənilməsində xüsusi əhəmiyyətə malik olduğunu diqqətə çatdırmışdır. 
Sonra tədbirdə Ombudsmanın əməkdaşı Asiman Abbasov çıxış edərək "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunun tələbləri barədə tədbir iştirakçılarına məlumat vermişdir. O, qeyd etmişdir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada tutulmuş və ya həbs edilmiş şəxslərin həbs yerlərində hüquq və azadlıqlarının təmin edilməsi ilə bağlı münasibətlər "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" 22 may 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Qeyd olunmuşdur ki, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən tutulmuş və ya həbs edilmiş şəxslər müvəqqəti saxlama yerlərində, istintaq təcridxanalarında və hauptvaxtlarda saxlanılırlar. 
Asiman Abbasov diqqətə çatdırmışdır ki, səfərə çıxmış gəmidə cinayət törətməkdə şübhəli olduğuna görə dəniz gəmisinin kapitanı və ya onu əvəz edən şəxs tərəfindən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq tutulmuş şəxs bunun üçün xüsusi ayrılmış yerlərdə saxlanılır. 
A. Abbasov qeyd etmişdir ki, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən tutulmuş və ya həbs edilmiş şəxslərin həbs yerlərində saxlanılmasında əsas məqsəd cinayət mühakimə icraatının vəzifələrinin həyata keçirilməsini təmin etməkdən ibarətdir. 
Ombudsmanın əməkdaşı çıxışında bildirmişdir ki, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsi 4 saylı əlavəsinin 3-cü bəndinə əsasən hauptvaxtlar hərbi qulluqçular üçün müvəqqəti saxlama yerlərinin funksiyalarını həyata keçirir. Hauptvaxtda intizam qaydasında və cinayət prosesini həyata keçirən orqan tərəfindən tutulmuş və ya həbs edilmiş hərbi qulluqçular saxlanılırlar.
Daha sonra məruzəçi mövcud qanunvericiliyin tələblərini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılmışdır.
 
24.10.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).