20:50 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Müvəqqəti Saxlama Yerində hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
 
Oktyabr ayının 24-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Müvəqqəti Saxlama Yerində hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Abil Orucəliyev, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Yulət Əliyev və Müvəqqəti Saxlama Yerinin zabit və sıravi rəis heyəti iştirak etmişdir.
 

 
Tədbiri giriş sözü ilə Yulət Əliyev açaraq qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı ilə birgə həyata keçirilmiş hüquqi maarifləndirilmə tədbirləri polis əməkdaşlarının hüquqi maarifləndirilməsində, onların hüquq və vəzifələrinin daha dərindən öyrənilməsində xüsusi əhəmiyyətə malikdir. 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin əməkdaşı Abil Orucəliyev tədbirdə "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun tələbləri barədə danışmışdır. O, qeyd etmişdir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada tutulmuş və ya həbs edilmiş şəxslərin həbs yerlərində hüquq və azadlıqlarının təmin edilməsi ilə bağlı münasibətləri tənzimləyən "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanunu 22 may 2012-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş, 6 iyul 2012-ci il tarixdə isə bu Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidenti tərəfindən Fərman imzalanmışdır.
Qeyd olunmuşdur ki, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən tutulmuş və ya həbs edilmiş şəxslər müvəqqəti saxlama yerlərində, istintaq təcridxanalarında və hauptvaxtlarda saxlanılırlar. 
A.Orucəliyev diqqətə çatdırmışdır ki, səfərə çıxmış gəmidə cinayət törətməkdə şübhəli olduğuna görə dəniz gəmisinin kapitanı və ya onu əvəz edən şəxs tərəfindən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq tutulmuş şəxs bunun üçün xüsusi ayrılmış yerlərdə saxlanılır. 
Məlumat verilmişdir ki, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən tutulmuş və ya həbs edilmiş şəxslərin həbs yerlərində saxlanılmasında əsas məqsəd cinayət mühakimə icraatının vəzifələrinin həyata keçirilməsini təmin etməkdən ibarətdir. 
Ombudsmanın əməkdaşı çıxışında bildirmişdir ki, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsi 4 saylı əlavəsinin 3-cü bəndinə əsasən hauptvaxtlar hərbi qulluqçular üçün müvəqqəti saxlama yerlərinin funksiyalarını həyata keçirir. Hauptvaxtda intizam qaydasında və cinayət prosesini həyata keçirən orqan tərəfindən tutulmuş və ya həbs edilmiş hərbi qulluqçular saxlanılırlar.
Daha sonra məruzəçi mövcud qanunvericiliyin tələblərini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılmışdır.
 
25.10.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).