12:36 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

"Şərqin səhəri" qəzetində növbəti hüquqi maarifləndirici yazı dərc edilmişdir.
 
Sual : İnformasiyanın açıqlanması üsulları hansılardır?
Cavab: İnformasiya sahibi cəmiyyətin maraqlarını daha asan və daha operativ şəkildə təmin etmək, çoxsaylı informasiya sorğularını azaltmaq məqsədi ilə malik olduğu, ictimai vəzifələrin yerinə yetirilməsi nəticəsində yaradılmış, yaxud əldə olunmuş ictimai informasiyaları açıqlamalıdır.
"İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən bu qanunda göstərilən ictimai informasiyalar internet informasiya ehtiyatlarında açıqlanmalıdır. 
Qanunda göstərilən ictimai informasiyalar həmçinin kütləvi informasiya vasitələrində, rəsmi nəşrlərdə, kitabxanalarda, ictimai informasiya mərkəzlərində, kütləvi istifadənin mümkün olduğu digər yerlərdə sənədlərlə tanış olmaq üçün şərait yaradılması yolu ilə və qanunvericilikdə nəzərdə tutulan başqa üsullarla açıqlana bilər. 
İnformasiya sahibi ictimai informasiyanı elə üsulla açıqlamalıdır ki, bu informasiya ehtiyacı olan hər kəsə mümkün qədər tez çatsın.
 
       04.11.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).