"Naxçıvanpoçt" publik hüquqi şəxsin yaradılması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin yanında "Naxçıvanpoçt" Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında "Naxçıvanpoçt" publik hüquqi şəxsi yaradılsın. 2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti: 2.1. bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin nizamnaməsini, işçilərinin say həddini və strukturunu təsdiq etsin; 2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif TALIBOV Naxçıvan şəhəri, 4 noyabr 2019-cu il 05.11.2019
|