14:20 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Hüquqi maarifləndirmə tədbirləri davam etdirilir.
 
Noyabr ayının 7-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhər Polis İdarəsində növbəti hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Asiman Abbasov, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Yulət Əliyev və Naxçıvan şəhər Polis İdarəsinin zabit və sıravi rəis heyəti iştirak etmişdir.
 
 
Tədbiri Daxili İşlər Nazirliyinin əməkdaşı Yulət Əliyev giriş sözü ilə açaraq qeyd etmişdir ki, Ombudsman təsisatı ilə birgə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin polis, idarə, şöbə və bölmələrində bugünədək müxtəlif mövzularda bir sıra tədbirlər həyata keçirilmiş, bu kimi tədbirlər polis əməkdaşlarının hüquqi maarifləndirilməsində əvəzsiz rol oynamışdır. 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Asiman Abbasov tədbirdə tutulmuş və ya həbs edilmiş şəxslərin müdafiəçiyə (vəkilə) malik olmaq hüquqlarının təmin edilməsi barədə tədbir iştirakçılarına məlumat verərək qeyd etmişdir ki, hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır.
Diqqətə çatdırılmışdır ki, şəxsin yüksək hüquqi yardım almaq hüququnun təmin edilməsi işin hallarının tam, obyektiv və hərtərəfli araşdırılmasına, ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə xidmət edir. Yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ şəxsin hüquq və azadlıqlarının, həmçinin qanuni mənafelərinin müdafiəsinin təmin edilməsi ilə yanaşı, ədalət mühakiməsinin tərəflərin bərabərliyi və çəkişmə prinsipləri əsasında həyata keçirilməsinin başlanğıc şərtidir. 
Ombudsmanın əməkdaşı çıxışında qeyd etmişdir ki, şübhəli və ya təqsirləndirilən şəxsin maddi imkanı müdafiəçinin hüquqi yardımından istifadə etməyə imkan vermədikdə, təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə müvafiq vəkillik qurumu vasitəsilə ona dövlət hesabına hüquqi yardım göstərilməsi üçün tədbirlər görməyə borcludur.
Məruzəçi əlavə etmişdir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 19-cu maddəsinə əsasən cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir.
Daha sonra məruzəçi mövzu ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılmışdır.
 
  07.11.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).