3:41 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Hərbi qulluqçularla hüquqi maarifləndirmə işinin təşkili diqqət mərkəzindədir.
 
Hərbi qulluqçuların hüquqlarının müdafiəsi və bu sahədə hüquqi maarifləndirmə işi Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin əsas fəaliyyət istiqamətlərindən birini təşkil edir. 
Belə ki, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyası arasında birgə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq noyabr ayının 7-də "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının N saylı sərhəd zastavalarında növbəti hüquqi maarifləndirmə tədbirləri həyata keçirilmişdir.
N saylı sərhəd zastavasında həyata keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Abil Orucəliyev, "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının əməkdaşı İlkin Mahmudov və müvafiq zastavaların çavuş və əsgər heyəti iştirak etmişdir.
 
 
Tədbiri giriş sözü ilə "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının əməkdaşı İlkin Mahmudov açaraq qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının birgə təşkilatçılığı ilə bugünədək müxtəlif mövzularda bir sıra tədbirlər həyata keçirilmiş, bu kimi tədbirlər hərbi qulluqçuların hüquqi maarifləndirilməsində əvəzsiz rol oynamışdır.
Sonra Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Abil Orucəliyev çıxış edərək hərbi əmlakı zədələmə, xarab etmə və ya məhv etməyə görə cinayət məsuliyyəti barədə danışmışdır. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 348-ci maddəsinə əsasən çağırış və ya müqavilə üzrə Azərbaycan Respublikası Silahlı Qüvvələrində, digər qoşun və hərbi birləşmələrdə hərbi xidmət keçən hərbi qulluqçuların, qanunla müəyyən edilmiş qaydada hərbi qulluqçu statusuna malik olan başqa şəxslərin, habelə təlim və ya yoxlama toplanışlarına cəlb edilmiş hərbi vəzifəlilərin hərbi əmlakı ehtiyatsızlıqdan zədələmə, xarab etmə və ya məhv etməsi hərbi xidmət əleyhinə olan cinayət hesab olunur.
A.Orucəliyev bildirmişdir ki, hərbi qulluqçuların dövlətə vurduqları ziyanla bağlı məsələlər əlavə olaraq Azərbaycan Respublikasının 10 yanvar 1995-ci il tarixli 947 saylı qanunu ilə təsdiq edilmiş "Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə" ilə tənzimlənir. Bu Əsasnamədə hərbi qulluqçuların əsgəri nizamnamələrlə, əmrlərlə və digər aktlarla nəzərdə tutulan vəzifə borclarını yerinə yetirərkən dövlətə vurduqları ziyana görə təqsirli olduqları halda maddi məsuliyyət daşımaları qeyd olunmuşdur.
Daha sonra Əlahiddə Sərhəd Diviziyasının digər zastavalarında "Silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayəti" və "Vətəni müdafiə hər bir vətəndaşın borcudur" mövzularında hüquqi maarifləndirmə tədbirləri keçirilmişdir.
 
 
Tədbirin sonunda mövzularla bağlı iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılmışdır.
 
    08.11.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).