13:28 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Muxtar respublikada qeyri-hökumət təşkilatlarının fəaliyyəti diqqət mərkəzində saxlanılır.
 
Noyabrın 27-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin iclas zalında tədbir keçirilmişdir.
Həyata keçirilmiş tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Asiman Abbasov, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşı Səyyub Kərimov və muxtar respublikada fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişdir.
 
 
 
Tədbiri giriş sözü ilə Ədliyyə Nazirliyinin əməkdaşı Səyyub Kərimov açaraq bildirmişdir ki, ölkəmiz dövlət müstəqilliyi qazandıqdan sonra vətəndaş cəmiyyətinin fəaliyyəti ilə əlaqədar zəruri qanunvericilik bazası yaradılmış, 2000-ci ildə isə "Qeyri-hökumət təşkilatları ictimai birliklər və fondlar haqqında" yeni Qanun qəbul edilmişdir.
Vurğulanmışdır ki, müasir dövrdə qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyəti quruculuğu və ölkənin demokratikləşməsi prosesinin vacib institutlarından birinə çevrilmişdir. Müstəqil Azərbaycan dövlətinin dünya birliyində layiqli yer tutması, sürətli və dinamik inkişafı xalqımızın ümummilli lideri Heydər Əliyevin işləyib hazırladığı mükəmməl, siyasi və iqtisadi konsepsiyalara, mərhələ-mərhələ reallaşdırdığı demokratik, hüquqi və iqtisadi islahatlara söykənir.
Sonra tədbirdə Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Asiman Abbasov "Qeyri-hökumət təşkilatlarının fəaliyyəti: İanə və qrantlarla bağlı qanunvericiliyin tələbləri" mövzusunda çıxış edərək bildirmişdir ki, çağdaş dövrümüzün ictimai təsisatları olaraq, qeyri-hökumət təşkilatları hüquqi dövlət quruculuğu, ictimai-siyasi həyatın dåmīkratikləşdirilməsi, insan hüquq və azadlıqlarının qīrunması, cəmiyyətdə harmīnik və sabit inkişafın təmin ådilməsində əhəmiyyətli rol oynayırlar. Eyni zamanda vətəndaş cəmiyyətinin aparıcı seqmenti kimi, qeyri-hökumət təşkilatları üçüncü såktīrun, ümumilikdə cəmiyyətin sosial-iqtisadi inkişafının ən müxtəlif istiqamətlərinə - sülh və təhlükəsizliyin, dinc birgəyaşayışın təmin olunmasına, bəşəriyyəti narahat edən problemlərin həllinə böyük töhfə verirlər. 
Qeyd olunmuşdur ki, Azərbaycanda qeyri-hökumət təşkilatları sektorunun fəaliyyətinə dövlət təminatı verən qanunvericiliyin əsası ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanan Azərbaycan Respublikasının Konstitusiyasının 58-ci maddəsində öz əksini tapmışdır. Konstitusiyanın həmin maddəsinə əsasən qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyətinin əsas elementi olmaqla birləşmək hüququnun həyata keçirilməsində istifadə olunan əsas formalardan biridir.
Məruzəçi diqqətə çatdırmışdır ki, 17 aprel 1998-ci il tarixdə "Qrant haqqında" Azərbaycan Respublikasının Qanununun qəbulu qeyri-hökumət təşkilatlarının əsas maliyyə mənbəyini və bütövlükdə donor resipiyent münasibətlərini tənzimləmək baxımından müstəsna əhəmiyyətə malikdir.
A.Abbasov "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikasının Qanunu barədə məlumat verərək qeyd etmişdir ki, bu qanun qeyri-hökumət təşkilatlarının yaradılmasını, onların dövlət hakimiyyət orqanları ilə münasibətlərini, həmçinin, qeyri-hökumət təşkilatlarının fəaliyyəti, yenidən təşkili və ləğv edilməsi qaydalarını, onların idarə olunmasının əsas prinsiplərini nizamlayır. O, bildirmişdir ki, qeyri-hökumət təşkilatları öz fəaliyyətlərini ictimai birliklər və fondlar vasitəsilə həyata keçirirlər və daimi əsaslarla və ya konkret məqsədlərə nail olmaq üçün təsis oluna bilərlər. Dünyada geniş yayılmış bu qeyri-kommersiya təşkilatları yoxsulluğun azaldılması, yeni imkanların yaradılması, insan hüquqlarının qorunması və bu kimi məqsədlər üçün yaradılır.
Ombudmanın əməkdaşı çıxışında vurğulamışdır ki, qanunvericiliyə əsasən ianə edilən pul vəsaitləri qeyri-hökumət təşkilatının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin bank hesabına köçürmə yolu ilə qəbul edilir. Nizamnaməsinə əsasən başlıca məqsədi xeyriyyəçilik olan qeyri-hökumət təşkilatı, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri iki yüz manatadək ianəni nağd şəkildə qəbul edə bilər.
Məruzəçi çıxışına əlavə edərək qeyd etmişdir ki, ictimai həyatın demokratikləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunması istiqamətində ölkəmizdə həyata keçirilən islahatlar Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilməkdədir. Ötən müddət ərzində bu sahədə bir çox hüquqi islahatların aparıldığını deyən məruzəçi bildirib ki, muxtar respublikamızda da bütün sahələrdə olduğu kimi, vətəndaş cəmiyyəti institutlarına da xüsusi diqqət və qayğı göstərilir, bu sahədə təqdirəlayiq addımlar atılır. "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 16 may tarixli Fərmanı bunun bariz nümunəsidir. Görülən işlərin nəticəsidir ki, bu gün muxtar respublikamızda bütün münasibətlər sahəsində ictimai təşkilatlar fəaliyyət göstərir, vətəndaşlar bu cür təşkilatlarda birləşərək öz maraqlarını təmin etməyə çalışırlar.
Sonra tədbirdə Ədliyyə Nazirliyinin əməkdaşı Səyyub Kərimovun "Qrant müqavilələri və qeyri-hökumət təşkilatlarının məsuliyyəti" mövzusunda çıxışı dinlənilmişdir.
Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.
 
27.11.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).