17:05 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Uşaq hüquqları ümumibəşəri dəyərlərdir.
 
Noyabrın 28-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
Həyata keçirilmiş tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili təsisatının əməkdaşları Vahidə Bayramova və İsa Əliyev, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Səbuhi İbrahimov və Mərkəzin əməkdaşları iştirak etmişdir.
 
 
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Səbuhi İbrahimov açaraq açaraq tibb işçilərinin hüquqi maarifləndirilməsində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) rolundan danışmışdır.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı İsa Əliyev çıxış edərək qeyd edmişdir ki, hər bir xalqın, dövlətin ən böyük və qiymətli sərvəti uşaqlardır. Elə buna görə də, insan hüquqlarının müdafiəsi sahəsində xüsusi diqqət cəlb edən məsələlərdən biri məhz uşaq hüquqlarının müdafiəsidir.
Qeyd olunmuşdur ki, uşaqların hüquqlarının qorunması və onların reallaşdırılmasına təminatlar verilməsi məsələləri həmişə beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olmuşdur. 1959-cu il noyabrın 20-də Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən Uşaq Hüquqları Bəyannaməsi yekdilliklə qəbul edilmiş, bu sənəddə uşaqların qorunmasının hüquqi və sosial prinsipləri öz əksini tapmışdır. Bəyannamənin girişində deyilir ki, uşaqlar fiziki və əqli cəhətdən yetkin olmadıqlarına görə, həm doğulduqdan əvvəl, həm də sonra onların xüsusi müdafiəyə və qayğıya ehtiyacları vardır.
İsa Əliyev diqqətə çatdırmışdır ki, Uşaq hüquqları Bəyənnaməsində bəyan edilən prinsiplər öz inkişafını Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Konvensiyasında tapıb. 1989-cu il noyabrın 20-də Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən Uşaq Hüquqları Konvensiyası qəbul edilmişdir ki, bu Konvensiyanın qəbul edildiyi tarix - 20 noyabr dünyada Ümumdünya Uşaqlar Günü kimi qeyd olunur.
İ.Əliyev Azərbaycan Respublikasının 1992-ci il 21 iyul tarixdə "Uşaq hüquqları" Konvensiyasına qeyd-şərtsiz qoşulduğunu, bununla yanaşı bir çox beynəlxalq müqavilələri də ratifikasiya etdiyini diqqətə çatdırmışdır. 
Vurğulanmışdır ki, əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət uşaq siyasəti artıq bu gün milli strategiya kimi formalaşdırılmışdır.
Müasir dövrdə sosial-iqtisadi inkişafa və mədəni tərəqqiyə nail olan Naxçıvan Muxtar Respublikasında da uşaqların hüquqlarının müdafiəsinə, təhsilinə, dünyagörüşlərinin zənginləşməsinə, onların cəmiyyətə inteqrasiyasına, habelə asudə vaxtlarının səmərəli təşkilinə xüsusi diqqət göstərildiyini diqqətə çatdıran İ.Əliyev bildirmişdir ki, ötən dövr ərzində muxtar respublikamızda bu istiqamətdə qanunvericilik bazası mütəmadi olaraq təkmilləşdirilmişdir. 
Uşaqların hüquqlarının və qanuni maraqlarının müdafiəsi ilə bağlı Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Sədrinin 2006-cı il 30 may tarixli Sərəncamı ilə təsdiq olunan "Naxçıvan Muxtar Respublikasında xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)", "Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında" 2012-ci il 31 yanvar tarixli Fərmanına uyğun olaraq "Gənc istedadların "Qızıl kitabı"nın yaradılması, 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilən "2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı"nın və 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilən "2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı"nın qəbul edilməsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bu sahəyə ayırdığı diqqətin bariz ifadəsidir. 
Vurğulanmışdır ki, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin fəaliyyətinin əsas istiqamətlərindən biri də uşaqların hüquqlarının və qanuni maraqlarının müdafiəsi və uşaq hüquqlarına dair maarifləndirmə işlərinin həyata keçirilməsidir. Ötən dövr ərzində Müvəkkil tərəfindən əhalinin digər sosial qrupları ilə yanaşı, uşaqların hüquqlarının müdafiəsi də daim diqqət mərkəzində saxlanılmış, digər dövlət orqanları ilə birgə bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilmiş, müxtəlif maarifləndirici vəsaitlər hazırlanmışdır.
Sonra məruzəçi mövzu ilə əlaqədar mövcud beynəlxalq və milli qanunvericiliyin tələbləri barədə tədbir iştirakçılarını ətraflı şəkildə məlumatlandırmışdır.
Tədbirin sonunda mövzu ilə bağlı tədbir iştirakçılarını maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılmışdır.
 
28.11.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).