5:00 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Muxtar respublikanın cəzaçəkmə müəssisələrində növbəti hüquqi maarifləndirmə tədbirləri həyata keçirilmişdir.
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) ilə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi arasında birgə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq dekabr ayının 4-də Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin Ümumi rejim-1 bölməsində və Ciddi Rejimində, Penitensiar Xidmətinin 8 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində növbəti hüquqi maarifləndirmə tədbirləri həyata keçirilmişdir.
Həyata keçirilmiş tədbirlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Asiman Abbasov, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşı Əli Rəhimov müvafiq müəssisələrdə cəzaçəkən məhkumlar və aid müəssisələrin əməkdaşları iştirak etmişdir.
Tədbirləri giriş sözü ilə Penitensiar Xidmətin əməkdaşı Əli Rəhimov açaraq Ombudsman təsisatı ilə bugünədək müxtəlif mövzularda tədbirlərin həyata keçirildiyini, bu kimi tədbirlərin məhkumların islah olunmasında, o cümlədən onların və müəssisə əməkdaşlarının hüquqi maarifləndirilməsində əvəzsiz rol oynadığını diqqətə çatdırmışdır. 
Daha sonra Ombudsmanın əməkdaşı Asiman Abbasov Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin Ümumi rejim-1 bölməsində Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri barəsində tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, Penitensiar müəssələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında Azərbaycan Respublikası Qanunu qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə sosial adaptasiyası sahəsində tədbirlərin həyata keçirilməsinin təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. 
Vurğulanmışdır ki, "Penitensiar müəssələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikası Qanunu cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur.
Sonra Penitensiar Xidmətin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin Ciddi Rejimində hüquqi maarifləndirmə tədbiri həyata keçirilmiş, tədbirdə Asiman Abbasovun 10 Dekabr "Beynəlxalq İnsan Hüquqları günüdür" mövzusunda çıxışı dinlənilmişdir. Qeyd olunmuşdur ki, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisi tərəfindən 10 dekabr 1948-ci il tarixdə İnsan hüquqları haqqında Ümumi Bəyannamə qəbul edilmiş, həmin tarixdən etibarən hər il dekabrın 10 bütün dünyada "Beynəlxalq insan Hüquqları Günü" kimi qeyd olunur.
A.Abbasov "İnsan hüquqları haqqında" Ümumi Bəyannamə haqqında məlumat verərək bildirmişdir ki, Bəyannamə məcburi olmamasına baxmayaraq, müxtəlif beynəlxalq müqavilələrdə öz əksini tapan beynəlxalq insan hüquqları standartları yaratmış və özündə mədəni, sosial, iqtisadi sahədəki hüquqlardan tutmuş mülki və siyasi hüquqlara qədər müxtəlif sahələrdəki insan hüquqlarını əhatə etmişdir. 
Qeyd olunmuşdur ki, ötən əsrin sonlarında dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycan Respublikası demokratik, hüquqi və dünyəvi dövlət quruculu¬ğu yolunu seçmiş, Birləşmiş Millətlər Təşkilatının İnsan hüquqları haqqında Ümumi Bəyannaməsinə və digər beynəlxalq konvensiyalara qoşulmuşdur. 
Penitensiar Xidmətinin 8 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində davam etdirilən hüquqi maarifləndirmə tədbirində Asiman Abbasov Cinayət qanunvericiliyində əfvetmə barəsində tədbir iştirakçılarına məlumat vermişdir. Diqqətə çatdırılmışdır ki, Ulu öndərin humanizm ideyalarına böyük önəm verməsi və real həyatda bunu təcəssüm etdirən addımlar atması vətəndaş həmrəyliyinə xidmət etməklə yanaşı, insanların hakimiyyətə olan inamını daha da artırmışdır. Ulu öndər Heydər Əliyev müdrik rəhbər olaraq cəzanın humanistliyi və adekvatlığını, tərbiyəvi əhəmiyyətini də daim önə çəkərək ölkədə əfvetmə institutunun formalaşması istiqamətində real addımlar atmışdır. 1995-2003-cü illərdə ümummilli lider Heydər Əliyev tərəfindən 32 əfv fərmanı imzalanmış, bu fərmanlar 3104 məhkuma şamil edilmişdir. Bir qayda olaraq əlamətdar günlərlə bağlı imzalanmış əfv fərmanları məhkumlarda və onların yaxınlarında böyük sevinc hissi doğurmuş, ciddi tərbiyəvi məzmun kəsb etmişdir. 
A.Abbasov vurğulamışdır ki, Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən humanizm siyasəti nəticəsində 2003-cü ildən bu günə kimi ölkəmizdə çoxsaylı əfv sərəncamları imzalanmış, minlərlə məhkum olunmuş şəxsin cəzadan azad edilərək cəmiyyətə reinteqrasiya olunması təmin edilmişdir. Ölkə başçısı əfvlə bağlı 35 fərman imzalamış, əfv fərmanları nəticəsində 4500-dən artıq məhkum cəzasının çəkilməmiş hissəsindən tam və yaxud qismən azad edilmişdir
Daha sonra məruzəçi mövcud qanunvericiliyin tələblərini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılmışdır.
 
04.11.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).