"Naxçıvan Lift Xidməti" publik hüquqi şəxsin yaradılması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissənin 22-ci bəndini rəhbər tutaraq muxtar respublikada lift təsərrüfatı xidmətinin təkmilləşdirilməsi məqsədilə qərara alıram: 1. Naxçıvan Şəhər Lift Təmiri və İstismarı İdarəsinin əsasında "Naxçıvan Lift Xidməti"publik hüquqi şəxsi yaradılsın. 2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti: 2.1. bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin nizamnaməsini və ştat strukturunu təsdiq etsin; 2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri VASİF TALIBOV Naxçıvan şəhəri, 12 dekabr 2019-cu il 13.12.2019
|