2:55 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

"Oğuz səsi" qəzetində növbəti hüquqi maarifləndirici yazı dərc edilmişdir.
 
Sual: Şəxsin mülkiyyətçisi olduğu torpaq sahəsində tikinti aparmasının qaydaları və hüquqi nəticələri nələrdir?
Cavab: Torpaq sahəsinin mülkiyyətçisi də hər bir mülkiyyətçi kimi öz mülkiyyətində olan torpaq sahəsindən qanunvericiliyin yol verdiyi qaydalara riayət etməklə istifadə edə, o cümlədən də orada tikinti işləri apara bilər.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər.
Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir.
Mülkiyyətçi özünə mənsub olan tikinti məqsədləri üçün ayrılmamış torpaq sahəsində, həmçinin, lazımi icazə olmadan, şəhərsalma və tikinti formalarını və qaydalarını ciddi surətdə pozmaqla tikinti apardıqda bu özbaşına tikinti hesab olunur və qanunvericiliyin tələbinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir.
 
 19.12.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).