19:47 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Müvəkkilin preventiv mexanizm funksiyasının icrası təmin edilmişdir.

Müvəkkilin preventiv mexanizm funksiyasının icrası 2019-ci ildə də təmin edilmişdir. Belə ki, təsdiq edilmiş başçəkmə cədvəlinə uyğun olaraq cari ilin ötən dövrü ərzində Müvəkkilin preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu müəssisələrə başçəkmələr həyata keçirilmişdir.
2019-cu ilin dekabr ayı ərzində Müvəkkilin Preventiv qrupu Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək, Ordubad rayon Polis Şöbələrində, Naxçıvan şəhər Polis İdarəsində, Naxçıvan şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsində, Cəhri, Biləv, Əlincə, Culfa Dəmiryol Nəqliyyatında Polis Bölmələrində və Müvəqqəti Saxlama Yerində, həmçinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 8 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində, o cümlədən, Qarışıq rejimli cəzaçəkmə müəssisəsinin qadınlar, yetkinlik yaşına çatmayanlar bölmələrində əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr həyata keçirmiş, habelə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Ordubad İnternat Məktəbində, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Psixi Xəstəliklər Dispanserində olmuşlar.
"Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanunu və Birləşmiş Millətlər Təşkilatının "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu əsasında təşkil edilmiş başçəkmələr zamanı saxlanma və müalicə alma şəraiti, qidalanma, o cümlədən rəftar məsələləri araşdırılmış, saxlanılan və müalicə alan şəxslərin beynəlxalq və milli qanunvericiliyə uyğun şəkildə hüquqlarının təmin olunması vəziyyəti öyrənilmişdir.
Başçəkmələr zamanı Preventiv qrup tərəfindən pozuntu halları aşkar edilməmişdir.

26.12.2019














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).